SON XƏBƏRLƏR

Türkiyənin İsraildən üç tələbi var

2021.10.20, 07:36
Türkiyənin İsraildən üç tələbi var

Gunaz.tv

GünAzTv: Türkiyənin ABŞ-dakı səfiri Namik Tan, rəsmi Ankaranın İsrailə qarşı tələblərini açıqlayıb.

Türkiyənin ABŞ-dakı səfiri Namik Tan, rəsmi Ankaranın İsrailə qarşı tələblərini açıqlayıb. O, Vaşinqtonda jurnalistlərə açıqlamasında bildirib ki, Türkiyənin İsraildən üç tələbi var. Bunlar İsrail hökumətinin ictimaiyyətdən üzr istəməsi, Qəzzaya humanitar yardım aparan gəmilərə hücumla bağlı müstəqil araşdırmanı qəbul etməsi və Qəzzanın blokadasının aradan qaldırılmasıdır.“Bunlara əməl edilməsə, Türkiyə İsraillə əlaqələrini dondura bilərmi?” sualına türkiyəli diplomat belə cavab verib: “Bu nöqtəyə gəlinməsini istəməzdik. Amma hökumətimiz belə bir addım atmağa məcbur ola bilər”. Türkiyənin İsrailin dostu olduğunu qeyd edən Namik Tan bildirib ki, İsrail bu dostunu itirmək üzrədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar