SON XƏBƏRLƏR

Ankara Tel-Avivlə münasibətləri minimuma endirəcək

2021.10.20, 07:36
Ankara Tel-Avivlə münasibətləri minimuma endirəcək

Gunaz.tv

GünAzTv: Baş nazirin müşaviri Bulent Arınç cümə günü bildirib ki, İsraillə olan iqtisadi və müdafiə əlaqələri azaldılacaq.

Bu həftə Qəzzaya gedən gəmidə ölümcül hadisədən sonra Türkiyə İsraili onunla münasibətlərin minimuma endirilməsi ilə hədələyir.Baş nazirin müşaviri Bulent Arınç cümə günü bildirib ki, İsraillə olan iqtisadi və müdafiə  əlaqələri  azaldılacaq. Türk mətbuatına əsasən Ankara İsrailə qarşı beynəlxalq məhkəmədə cinayət işinin açılmasını da nəzərdə tutur.

Bundan əlavə cümə günü türk rəsmiləri bildirib ki, onlar İsrail rəsmiləri tərəfindən saxlanılan son 5 yaralı fəalın geri gətirilməsi üçün iki təcili yardım təyyarəsi göndərib.

19 yaşlı türk mənşəli Amerikalı daxil olmaqla  9 Fələstin tərəfdarı fəal İsrailin bazar ertəsi keçirdiyi reyddən sonra həlak olub. Gəmi türk yardım qrupu tərəfindən təşkil edilmiş konvoyun bir hissəsi olub, Qəzza zolağının İsrail tərəfindən üçillik  blokadasını qırmağa çalışıb.

Humanitar yardım daşıyan digər gəmi yaxın günlərdə İsrailin blokadasını bir daha sınağa çəkəcək.  Fələstinpərəst fəallar deyir ki, 20 ton yardım daşıyan Raçel Korri gəmisi İsrailin  blokadası altındakı Qəzza sahilinə artıq  şənbə günü çatacaq.

“Azad Qəzza Hərəkatı” –ndan olan təşkilatçılar tikinti materialları, kağız və  İsrailin Gəzzaya  keçirilməsinə icazə vermədiyi yükləri daşıyan  “Rechael Corrie “gəmisinin  Gəzzadan 240 kilometr  məsafədə beynəlxalq  sularda olduğunu və  Gəzzaya tərəf irəlilədiyini bildiriblər.   Israil baş naziri Bencamin Natenyahu deyib ki, gəmiyə Qəzzaya keçməyə icazə  verilməyəcək. Bunun əvəzində fəallar məhsulları cənubi İsrailin Aşdod limanında boşalda bilər. voa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar