SON XƏBƏRLƏR

Banqladeşdə 108 nəfər diri-diri yandı

2021.10.20, 07:36
Banqladeşdə 108 nəfər diri-diri yandı

Gunaz.tv

GünAzTv: Banqladeşin paytaxtı Dəkkədə baş verən yanğın nəticəsində ölənlərin sayı 108 nəfərə çatıb, 100-dən artıq insan isə yanıq yarası alıb.

GünAzTv mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, yerli hakimiyyət orqanları yaralıların əksəriyyətinin vəziyyətinin ağır olduğunu bildirir.

Xatırladaq ki, yanğın şəhərin köhnə hissəsində elektrik transformatorunda baş verən qısa qapanmadan yaranıb və tez bir zamanda mənzillərə və ofislərə yayılıb. Küçələrin dar olması səbəbilə yanğınsöndürənlər alovu ram edə bilməyiblər. Ərazidə külli miqdarda kimyəvi maddənin olması alovun sürətlə yayılmasına təsir göstərib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar