SON XƏBƏRLƏR

Təbriz universitetinin milli fəalları son həbslər barədə bəyanat yayıblar

2021.10.20, 07:36
Təbriz universitetinin milli fəalları son həbslər barədə bəyanat yayıblar

Gunaz.tv

GünAzTv: Təbriz universitetinin milli fəalları 22 may “milli qiyam” ərəfəsində, İran rejimi tərəfindən həyata keçirilən yeni həbslər dalğasını pisləyiblər. onlar bu barədə BƏYANAT yayıblar.

 

Bəyanatda deyilir ki, Təhlükəsizlik Orqanları Azərbaycana təhqirlər dəvam etdiyi bir dönəmdə, 22 may “milli qiyam” ərəfəsində 10-larla milli fəalı həbs ediblər. Bu isə qəbul olunmazdır.

 

Bəyanatda hazırda həbsdə saxlanılan milli fəalların adı çəkilərək, Təhlükəsizlik Orqanlarının bu əməli məhkum edilib və bu əməlin Azərbaycan türk millətinə aid milli azadlıq hərəkatının dərinləşməsinə səbəb olacağı vurqulanıb.

 

Təbriz universitetinin milli fəalları yaydıqları bəyanatda, hazırda həbsdə saxlanılan milli fəalların təhlükəsizliyindən, rəsmi və səlahiyyətli orqanların sorumlu olduğunu vurqulayıb, onların can təhlükəsizliyi barədə xəbərdarlıq ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar