SON XƏBƏRLƏR

Mədəni fəal Hüseyn Məhəmmədi Əlvar müvəqqəti azadlığa buraxılıb

2021.10.20, 07:36
Mədəni fəal Hüseyn Məhəmmədi Əlvar müvəqqəti azadlığa buraxılıb

Gunaz.tv

GünAzTv: Mədəniyyətimiz üzrə fəaliyyət göstərən, “Traxtur” futbol komandasının tərəfdarı cənab Hüseyn Məhəmmədi Əlvar Təbriz zindanından müvəqqəti azadlığa buraxılıb. Bu barədə “Sana News” xəbər yayıb.

 

Təbriz ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən 2010-cu il may ayının 4-də (ordibeheştin 14-ü) tutuqlanan mədəni fəal həbs olduğu müddətdə 20 gündən çox təknəfərlik kamerada saxlanılıb.

 

Qeyd edək ki, Məhəmmədi Əlvar Kirmanda “Traxtur-Mis” arasında keçirilən müsabiqədə, millətimizə qarşı edilən təhqirə etiraz edib və bununla bağlı “Traxtur” klubunun müdiramilinə zəng edərək, onlardan səlahiyyətli orqanlara şikayət etmələrini tələb etmişdi. O Məhz bu müraciətdən sonra  tutuqlanıb.

 

Xatırladaq ki, adını çəkdiyimiz mədəni fəal məşhur “Urmu Gölü Yığıncağında” da yaxalanıb, zəmanət qarşılığında azadlığa buraxılmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar