SON XƏBƏRLƏR

İsraildə saxlanılan iki soydaşımız yaxında vətənə dönəcəklər

2021.10.20, 07:36
İsraildə saxlanılan iki soydaşımız yaxında vətənə dönəcəklər

Gunaz.tv

GünAzTv: “Azadlıq donanması”nda saxlanılmış iki Azərbaycan vətəndaşının İsraildən Vətənə bazar günü dönməsi gözlənilir. Hələ ki işçilər Təl-Əvivin Ben-qurion aeroportunda xüsusi olaraq onlar üçün ayrılmış yerdədirlər. Bu barədə İsrail Daxili İşlər Nazirliyinin immiqrasiya məsələləri üzrə şöbəsindən “Trend”ə məlumat verilib. Məlumatda bildirilir ki, Azərbaycan vətəndaşları hazırda İsraildədir, çünki onların reysi bazar günü baş tutacaq. Həmyerlilərimiz Ben-qurion adına aeroportda, ölkəni tərk etmək istəyən və ya tərk etməli olan, lakin bunu edə bilməyən şəxslər üçün xüsusi ayrılmış yerdədirlər. Qeyd edək ki, İsraildə saxlanılan “Azadlıq donanması”nda olan iki azərbaycanlının şəxsiyyəti artıq müəyyənləşib. Bunlar Məhərrəm Orucov və Qaraoğlan Quliyevdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar