Yəmənin mühüm limanının fəaliyyəti husilərin hücumları nəticəsində dayandı
Qətər üç iranlı pilotun əsir götürülməsi iddiasını rədd etdi
ABŞ Dövlət Departamenti Konqresə Azərbaycana dair 907-ci düzəlişlə bağlı bildiriş göndərib
Hizbullah atəşkəsi pozdu: İsrail cavab verdi
Hizbullahın yüksək rütbəli komandiri öldürüldü
İlon Mask siyasətə 100 milyon dollarlıq çeklə qayıdır
İrana 700 ton ABŞ düyüsü idxal edilib
ADNOC tankerinə hücum | BƏƏ: İran məsuldur
Üç iranlı pilot Qətərdə əsir saxlanılır
İran Kəşfiyyat Nazirliyi “Termit” adlı layihə barədə məlumat verdi
Urmiya gölünün sahəsi 2487 kvadrat kilometrə çatıb
Bir həftədən az müddətdə Hörmüz boğazında üçüncü BƏƏ gəmisinə hücum edilib
Qeşm adası neft çirklənməsinə məruz qaldı
İranda qaz tarazsızlığı böyük böhrana doğru gedir
İranda müharibə zamanı 500-dən çox telekommunikasiya obyekti vurulub
Təbrizli rejissor Babək Xurrəmdinə görə qınanıldı
SEPAH rəhbəri: İran müharibəsi qlobal İslam hakimiyyətinə doğru bir addım idi
Ərdəbildə üç məhbus edam edildi
Güney azərbaycanlı qadın atlet Asiya çempionu oldu
"Traktor" yeni mövsümdə ilk qələbəsini qazandı
Ağ Ev: Tramp Hörmüz boğazını ABŞ ərazisi elan etmək barədə zarafat edib
Tramp: ABŞ NATO müttəfiqlərinin İranla münaqişədə kömək etmədiyini unutmur
Təbrizdə iş qəzası- Ölənlər var
Tramp: İran hücum edərsə, ABŞ-ın cavabı yüz dəfə güclü olacaq
Əraqçi: İran və ABŞ arasında heç bir atəşkəs razılaşması olmayıb
İranda daha bir etirazçı edama məhkum edildi
Hörmüzü ABŞ ərazisi elan edəcəyəm - Tramp
Əhvaz imam-cüməsi: “Bizim nüvə enerjimiz heç bir ölkəyə dəxli yoxdur”
Müharibə silahlarının hissələri Türkiyə sahillərinə çıxıb (Video)
Kanada İranın yeni Baş Qərargah rəisi sanksiyaya məruz qoydu
İranda həbsdə olan qadının həyatının acı sonu
İran infrastruktur müharibəsi başlayacağı təqdirdə nüvə silahına yönələ bilər, din xadimi xəbərdarlıq edib
İran müəllimləri: Təzyiq və repressiyalar dayandırılsın
İranın neft borcu 127 milyard dolları keçib
Ettelaat Sistan və Bəlucistanda əməliyyat keçirib- Ölənlər var
Ermənistanda İranın “Majid” HHM sistemləri nümayiş etdirilib
İraq səmsında İran PUA-ları vuruldu
Səudiyyə Ərəbistanı da İranı qınadı
Hörmüz boğazında daha bir tankerin dronla vurulduğu bildirilir
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
Məşhəddə təbrizlilərlə yəzdlilər arasında qarşıdurma olub
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
GünAzTv: Dünya mətbuatı İsrail ordusunu dəniz quldurları kimi təqdim etməkdə davam edir.
İsrailin hücumuna uğrayan gəmilərin yolçuları Türkiyəyə dönsə də, İnsan Haqları və Azadlıqları (İHA) humanitar yardım təşkilatı 3 nəfərin itkin düşdüyünü açıqlayıb. Salman Pozan adlı bir vətəndaş da atası Çələbi Pozanın itkin düşdüyünü, bütün xəstəxanaları axtarmalarına baxmayaraq, onu tapa bilmədiklərini söyləyib. «Bir nəfəri öldürüb dənizə atdılar» Türk hökumətinin beynəlxalq cəmiyyətlə birgə işə saldığı təzyiqlər qarşısında İsrail ona verilmiş 24 saatlıq müddəti gözləmədən ölənlərin cənazələri, yaralananlar və digər könüllüləri Türkiyəyə təhvil verib. Həyatını itirən 9 adamın cənazəsi və 466 könüllünü daşıyan üç təyyarə İstanbula enib. Könüllüləri aeroportda minlərlə adam qarşılayıb. Qarşılanma zamanı açıqlama verən İHA rəhbəri Bülənt İldırım yoldaşlarından birinin İsrail əsgərləri tərəfindən öldürülərək dənizə atıldığını bildirib. İldırım bəzi yoldaşlarının da təslim olmaq istədikləri halda öldürüldüklərini, gəmidəkilərdən birinin 1 yaşlı uşağının da anasından ayrılaraq bir müddət girov saxlandığını açıqlayıb. TRT müxbiri Əlif Akkuş da yaşadıqlarını izah edərkən «İsrail əsgərləri döyüşə gedirmiş kimi gəlmişdilər» deyə bildirib. Jurnalistlərə silah tuşlandığını dilə gətirən Akkuş, gəmidə internet bağlantısına məsul şəxsin də alınından vurulduğunu söyləyib. «Bu, Türkiyənin gücünü göstərir» Baş nazir köməkçisi Bülənt Arınç Türkiyənin diplomatik səylərinin nəticə verdiyini, ancaq İsrailin işlədiyi cinayətin hesabının hüquq çərçivəsində soruşulmasının lazım olduğunu bildirib. Arınç İsrailə türk və əcnəbi yaralılarla birlikdə digər yolçuların Türkiyəyə dönüşü üçün İsrailə 24 saat vaxt verildiyini, bu kəslərin müddət bitmədən yurda dönməsinin Türkiyənin gücünü göstərdiyini ifadə edib.Bu arada İsrail öz əməllərinə haqq qazandırmaq cəhdlərini davam etdirir. İsrailin baş naziri Benyamin Netanyahu İsrail ordusunun türk gəmisinə təşkil etdiyi basqını müdafiə edib. Netanyahu ölkəsində televiziya vasitəsilə yayımlanan çıxışında İsrailin hərəkətlərinə göstərilən reaksiyaları beynəlxalq ikiüzlülük olaraq şərh edib. İsrailin hərəkətləri özünə qarşı işləyir ABŞ-dan dönən xarici işlər naziri Əhməd Davudoğlu Ankarada təşkil etdiyi mətbuat konfransında «türk milləti bu bölgədəki bütün proseslərə görə özünü tarixi baxımdan məsul hiss edən bir millət olaraq bu proseslərə laqeyd qala bilməz və qalmayacaq» deyə bildirib. O, bir daha İsrailin hücumunu «qaçırma əməliyyatı» olaraq şərh edib: «Qəzzəyə qarşı embarqo bəşəriyyət əleyhinə cinayətdir, vəziyyət belə davam edə bilməz». Davudoğlu iki millət vəkili və məsləhətçilərdən ibarət bir heyətin İsrailə getdiyini və bu heyətin «tək bir türk vətəndaşı qalana qədər orada olacağını» söyləyib.İsrailin yanlış hərəkətləri artıq öz əleyhinə işləməkdədir. Bu fakt özünü BMT-nin baş katibi Ban-Ki Munun çağırışında da göstərib. Dünya mətbuatının proqnozlarına uyğun olaraq artıq bütün diqqətlər Qəzzənin mühasirəsinə yönəlib və Ban-Ki Mun İsraildən Qəzzənin mühasirəsinə son verməyi tələb edib. Baş katib mühasirənin səhv olduğu kimi İsrailin məqsədlərinə də xidmət etmədiyini və davam etdirilə bilməyəcəyini ifadə edib.Misirdə təşkil etdikləri sammitin ardından Ərəb Birliyi liderləri də BMT-nin mühasirənin qaldırılmasını zəmanət altına almasının lazım olduğunu bildiriblər. Xatırladaq ki, İsrailin gəmilərə basqınından dərhal sonra Misir Rifah sərhəd qapısını yeni bir qərar qəbul edilənə qədər Qəzzəyə humanitar və tibbi yardımlar üçün açıq saxlayacağını elan edib. Rifah tam olaraq İsrailin nəzarətində olmayan yeganə sərhəd qapısıdır. Amma Misir Qəzzədə üç il əvvəl Həmasın iqtidara gəlməsindən bu yana bu keçidi ümumiyyətlə, bağlı saxlayırdı. İsrail qəzeti hadisəni «qanlı basqın» adlandırdı Dünya mətbuatında da aparıcı xətti məhz İsrail-Türkiyə münasibətləri tutmaqda davam edir. İsrailin «Haaretz» qəzeti manşet yazısında ABŞ prezidenti Barak Obamanın İsrailin hücumu ilə bağlı aparılacaq istintaqda müşahidəçi olaraq bir Amerika nümayəndəsinin iştirakı barədə təklifinə yer verib. Xəbərdə bildirilir ki, bu nümayəndə vasitəsilə ABŞ istintaqın beynəlxalq aləmdə etibarlılığını təmin etməyə çalışır. Amma İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Ehud Barakın bu ideyaya qarşı çıxaraq isti qarşılamadığı da yazıda öz əksini tapıb.İsrailin «Jerusalem Post» qəzetinin manşeti türk vətəndaşlarının İstanbula dönüşü ilə bağlıdır. Konvoydakıların İstanbulda qəhrəmanlar kimi qarşılandığını yazan qəzetin İsrail əsgərlərinin əməliyyatını «qanlı basqın» adlandırması diqqət çəkən məqamdır. Baş nazir köməkçisi və bəzi millət vəkillərinin konvoydakıları qarşılamağa şəxsən gəldikləri və Türkiyənin vətəndaşlarının sərbəst buraxılması üçün İsrailə təzyiq etdiyi vurğulanıb. «Guardian»: «...Əbəs yerə ölməyiblər» İngiltərənin «The Guardian» qəzeti isə İsrailin gəmidəkilərin İsrail əsgərlərinə hücum etdiyi iddialarına yer verib. Qəzetin xəbərində göstərilir ki, İsrailə görə, «Mavi Mərmərə»də olan radikal dindar 40 adam bütün hadisələrin başlanmasına görə məsuliyyət daşıyır və onların bu rəftarı üzündən 9 adam həyatını itirib. Qəzet yazır: «Dünyanın dörd bir tərəfindən könüllülərin İsrailin Qəzzəyə tətbiq etdiyi embarqonu dağıtmağa çalışarkən sərgilədiyi cəsarət bu mühasirəni dəstəkləyən liderlərin yaratdığı boşluğu doldurmuş oldu. Əgər bu yolda mühasirənin qaldırılmasına bir addım da olsa, yaxınlaşıldısa, deməli, əbəs yerə ölməyiblər». Baş nazir Rəcəb Tayyib Ərdoğanın İsraili dəniz qulduru elan etməsini də haqlı hesab edən qəzet hadisənin bölgə üçün doğura biləcəyi nəticələri belə şərh edib: «Bu hadisənin bir dönüş nöqtəsi olduğunu düşünmək səhv olar. İsrail əvvəllər də bir çox reaksiyalardan xilas olmağı bacarıb. Ancaq bəzi şeylərin dəyişməkdə olduğu da aydın görünür. Qəti olaraq Qəzzənin mühasirəsinndə dəlik açmağa çalışan fəallara gəmilər dolusu yardımla bu dəliyi genişləndirmək istəyən yeniləri qatılacaq. Fələstinlilərin haqlarının qəsb edilməsinə maneə törədilməsi siyasi anlamla yanaşı bir əxlaqi anlam da qazandı». «Financial Times»: «Yeni yardım donanması hazırlanır» Fəalların sırasının genişlənəcəyi ilə bağlı ehtimalın təsdiqi isə İngiltərənin «Financial Times» qəzetində yer alıb: «Bir qrup Fələstin tərəfdarı yeni yardımlar üçün donanma hazırlıqlarına başlayıb. Qəzzədə Mühasirəni Qaldırmaq Üçün Avropa Kampaniyası adlı yeni qrup donanmada iştirak edəcək ilk üç gəmi üçün maliyyə məsələlərini həll etməyə nail olub. Qrup basqına məruz qalan donanmadan daha çox yardım vəsaiti və könüllü daşımağı hədəfləyir». Qəzet həmçinin İsrailin qürur duyduğu ordusunun və kəşfiyyat xidmətlərinin son illərdə böyük səhvlər etdiyini də qələmə alıb. İsrail qəzetlərinə istinadən xəbər verilir ki, ictimai rəy sorğusu nəticəsində aşkarlanıb ki, İsrail əhalisinin 43 faizi baş verənlərə görə Müdafiə Nazirliyini günahkar sayır. Ordunu günahlanldıranların nisbəti 21 faizdir. Əhalinin üçədə ikisi hesab edir ki, gəmiləri dayandırmaq üçün başqa – daha təhlükəsiz yollar tapılmalı idi. «The İndependent»: «İsrail təzyiqə boyun əydi» İngiltərənin «The İndependent» qəzeti də bu mövzuya toxunaraq yazıb ki, «Türkiyənin ultimatumu konvoydakıların ittiham olunmasına səbəb oldu». Xəbərin məzmununda İsrailin ağır diplomatik təzyiqə boyun əydiyi ifadə edilir və yüzlərlə fəalın sərbəst buraxılması bu yanaşmaya sübut kimi təqdim edilir.ABŞ-ın «New York Times» qəzeti Qəzzə mövzusunda İsrailin yeni bir üsula ehtiyacı olduğunu yazıb. Amerika rəhbərliyinin Qəzzəyə tətbiq olunan mühasirənin bundan sonra daha müdafiə oluna bilməyəcəyini, bu səbəblə həm İsrailin təhlükəsizliyini riskə atmayan, həm də Qəzzəyə daha çox yardımın çatdırıla bilməsini təmin edən bir plan üzərində işə başlanacağı qeyd edilib.İngiltərənin «Daily Telegraph» qəzeti isə İsrailli siyasətçilərin də ordunu günahlandırdığını yazır. İttihamların başında kəşfiyyat səhvləri gəlir. İsrailli nazirlərə görə ordu gəmidəkilərin niyyətləri və qarşıdurma ehtimalları istiqamətində daha yaxşı kəşfiyyat məlumatları ala bilər, hətta gəmiyə agent də yerləşdirə bilərdi. Başqa bir tənqid isə fərqli üsulların tapılması zərurətini önə çəkərək zorakılıqdan istifadə olunmasını qınayır. Filipp Krouli: «İHA-nın Həmasla görüşdüyünü bilirik» ABŞ dövlət katibinin sözçüsü Filipp Krouli BMT İnsan Haqları Şurasının İsrailin Qəzzə hücumunu qınayan qərarına ABŞ-ın qarşı çıxmasını şərh edərək «hadisə ilə bağlı istintaq aparılmasına nail olmadan bu qərarın bütün məsuliyyəti İsrailin üzərinə yüklədiyini» dilə gətirib: «Düşünürük ki, bu əlverişsiz və tələsik bir qərar olardı».BMT Təhlükəsizlik Şurasının çevik, etibarlı, şəffaf və tərəfsiz istintaq aparılmasını dəstəklədiklərini söyləyən Krouli «İsrailin bu istintaqa rəhbərlik etmək üçün ən yaxşı mövqedə olan bir ölkə olduğuna inanmaqda davam edirik» deməklə istintaqın İsrail tərəfindən aparılması fikrinə dəstək verib. Krouli həmçinin Türkiyənin İnsan Haqları və Azadlıqları təşkilatının da bostanına daş ataraq təşkilat nümayəndələrinin Həmasla görüşlər keçirməsi barədə məlumatlı olduqlarını dilə gətirib. O, İHA-nın terror təşkilatlarına dəstək verdiyi, bəzilərinin İHA-nın Əl-Qaidəyə də dəstək verdiyini söyləmələri barədə ittihamlarının xatırladılmasına cavab olaraq bildirib: «İHA nümayəndələrinin son 3 il ərzində Türkiyə, Suriya və Qəzzədə yüksək vəzifəli Həmas səlahiyyətliləri ilə görüşdüyünü bilirik. Bu bizim üçün böyük bir narahatlıq mənbəyidir. Bununla belə İHA ABŞ tərəfindən bir xarici terror təşkilatı olaraq təyin olunmayıb». ABŞ-ın İHA-nın Əl-Qaidə ilə əlaqəli olduğuna inanıb-inanmaması barədə suala isə Krouli «Bunu təsdiqləyə bilmərik» deyə cavab verib. Co Bayden İsrailin müdafiəsinə qalxdı ABŞ prezidentinin köməkçisi Co Bayden isə İsrailin mövqeyini açıq-aşkar dəstəkləyib və hətta basqına haqq qazandırıb. «PBS» televiziyasında «Çarli Rouz Şou» proqramının suallarını cavablandıran Bayden bildirib: «İsrail gəmiyə əsgərləri çıxarmalı idimi, çıxarmamalı idimi, bunu mübahisə mövzusuna çevirə bilərsiniz. Amma işin doğrusu budur ki, Həmasla döyüş vəziyyətində olan İsrailin silahların qaçaqmal yolu ilə daşınıb-daşınmadığını bilməyə haqqı var. İsrailin öz təhlükəsizlik maraqları ilə bağlı qayğılanmağa qəti bir haqqı var. İsrail «buyurun, Aralıq dənizindəsiniz. Bir az şimala gəlib yükünüzü boşaltsanız, biz bunları Qəzzəyə çatdıracağıq» deyir. Bunda nə problem var? Doğrudan da Qəzzəyə getməkdə israr etməyin nə mənası var? İsrailin «gəmidə nə olduğunu bilmirəm. Bu kəslər, yəni Həmas mənim xalqıma 3 min raket atır» deməsi qanunidir». Bayden ABŞ-la İsrail arasında çatlar olduğu barədə fikirləri də rədd edərək «İsrail hökumətinin izlədiyi taktiki yollarda və ya bəzi nazirlərinin konstruktiv olmadığını düşündüyümüz bəzi yanaşmalarında fikir ayrılıqlarımız varmı? Bəli, amma bunlar hər zaman var» deyə bildirib.
İranda qaz tarazsızlığı böyük böhrana doğru gedir
SEPAH rəhbəri: İran müharibəsi qlobal İslam hakimiyyətinə doğru bir addım idi
Güney azərbaycanlı qadın atlet Asiya çempionu oldu
İranda daha bir etirazçı edama məhkum edildi
Ermənistanda İranın “Majid” HHM sistemləri nümayiş etdirilib
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
Vens: İran ABŞ-a verdiyi öhdəliklərə əməl etməyib
ABŞ-la razılaşma üçün ən yaxşı vaxt indidir – İran Ekspertlər Məclisinin üzvü
İranda silahlı insident - Dörd nəfər öldürüldü
Təbriz- Tufarqan yolunda iş qəzası- Ölən və yaralananlar var
İranın iqtisadi təcridi üçün misli görünməmiş tədbirlər görüləcək - Bessent
Təxminən 500 nəfər məhkəmə yolu ilə “Əlihan” adlı doğum haqqında şəhadətnamə alıb, lakin bu ad hələ də qadağandır
Abbas Lisani son otuz ildə zorakılıqsız mübarizə və vətəndaş itaətsizliyinin öncüllərindən biridir
İran rəsmisi milli birliyi media üçün “qırmızı xətt” adlandırıb
İran Hörmüz boğazına nəzarət edir – Bəsic komandiri
Pezeşkianın müşaviri ABŞ ilə danışıqları müdafiə edib
Sepah-da qulluq edənlər Kanadadan qovulur
Bab əl-Məndəbdəki hücumların qarşısını almağa kömək edin - Takaiçi
Məkkə sazişi; yeni müdafiə paktı Yaxın Şərqin təhlükəsizlik balansını dəyişəcəkmi? – Təhlil
The Jerusalem Post: Rejim dəyişikliyinin baş tutması üçün İrandakı etnik qrupların birliyi olmalıdır
Qəzvində 24 yaşlı qadın edam edildi
İraqdan açıqlama: İranla əlaqəli qrup əməliyyat planlaşdırıb
Xamenei mart ayında ölüb - Lisak
Qərbi Azərbaycan yollarında qanlı həftəsonu: 45 nəfər öldü, 6 nəfər yaralandı
Şərqi Azərbaycan Sənaye Evi rəhbəri: İran hökumətinin siyasəti Azərbaycanın və Təbrizin sənaye mövqeyini zəiflədib
İranın Hörmüz şərtləri razılaşma ümidlərini azaldıb
İlham Əliyev Trampa təşəkkür etdi
Husilərdən Türkiyəyə açıq xəbərdarlıq: Husilər Türkiyəni hədələdi
Husilərin Yəmən limanına hücumu nəticəsində 7 nəfər ölüb, 30 nəfər yaralanıb
Təbrizdə əczaçılar etiraz aksiyası keçirdilər
Prezident İlham Əliyev Məsud Pezeşkiana təşəkkür edib
Qərbi Azərbaycanda Şəhər Şurasının daha bir üzvü həbs edildi
Təbrizdə məhbus milli fəallara təzyiq- 15-ci palataya köçürüldülər
Şərqi Azərbaycanda yol qəzalarında ölən və yaralananların son sayı
İran Ali Məhkəməsi daha bir etirazçının ölüm hökmünü təsdiq etdi
Fidan: Misir da Məkkə sazişinə qoşulacaq