SON XƏBƏRLƏR

İranda prezident seçkilərindən sonra həbs edilənlərin barəsində əfv fərmanı imzalanıb

2021.10.20, 07:36
İranda prezident seçkilərindən sonra həbs edilənlərin barəsində əfv fərmanı imzalanıb

Gunaz.tv

GünAzTv: İranın ali rəhbəri Ayətullah Xamneyi ötən il keçirilmiş prezident seçkilərindən sonra həbs edilən şəxslərdən 81-nin cəzasının yüngülləşdirilməsi və digərlərinin azad edilməsinə dair əfv fərmanı imzalayıb.

Ali dini rəhbər İran məhkəmə sisteminin rəhbəri Sadiq Amolinin əfvlə bağlı ünvanladığı məktubu imzalayıb. Qeyd edək ki, əfv fərmanı peyğəmbərin qızı Fatimeyi Zəhranın doğum günü ilə əlaqədar İranda qeyd olunan qadınlar bayramı münasibətilə verilib.

Diqqətə layiq məqam isə əfv fərmanının keçən il prezident seçkilərindən sonra baş verən hadisələrin 1-ci ildönümü ərəfəsində, müxalifətin etiraz aksiyalarına hazırlaşdığı bir vaxta təsadüf etməsidir!

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar