SON XƏBƏRLƏR

İranda islahatçılar aksiya keçirməyə hazırlaşırlar

2021.10.20, 07:36
İranda islahatçılar aksiya keçirməyə hazırlaşırlar

Gunaz.tv

GünAzTv: İranda islahat tərəfdarı olan 8 təşkilat iyunun 12-də Tehranda yürüş keçirməyə icazə almaq üçün ölkənin Daxili İşlər Nazirliyinə müraciət edib. Yürüşü 2009-cu il iyunun 12-də keçirilmiş prezident seçkisinin ildönümü münasibətilə keçirmək nəzərdə tutulur.

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, müraciəti imzalayan təşkilatlar bunlardır: İran Parlamentinin Keçmiş Deputatlar Birliyi, İslam İnqilab Mücahidlər Təşkilatı, Millət İradəsi Partiyası, Xətti-İmam (Xomeyni) Qüvvələri Birliyi, Qadın Jurnalistlər Assosiasiyası, İran Həkimlərinin İslam Birliyi, Müşarikət Cəbhəsi Partiyası və Müsəlman İranın Məzunlar Birliyi.

Bundan əvvəl İran müxalifətinin liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi də mayın 31-də eyni məqsədlə Tehranın ostandarı Mürtəza Təməddünə yazılı şəkildə müraciət etmişdilər.

Hələ ki, hər hansı aksiyaya icazə verilib-verilməməyəcəyi barədə açıqlama olmayıb.

Yürüşü 2009-cu il iyunun 12-də keçirilmiş prezident seçkisinin ildönümü münasibətilə keçirmək nəzərdə tutulur.

Rəsmi nəticələrə görə, 2009-cu il iyunun 12-də keçirilmiş prezident seçkisində prezident Mahmud Əhmədinejad qalib gəlib, Mirhüseyn Musəvi ikinci, Mehdi Kərrubi isə üçüncü yeri tutub. Rəsmi nəticələrə etiraz olaraq ölkədə geniş aksiyalar keçirilib. Hökumət qüvvələri aksiyaları yatırdarkən ölən və yaralananlar olub. İğtişaşda günahkar bilinərək xeyli adam həbs edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar