SON XƏBƏRLƏR

Xanım Hacər Kəbiri və Məcid Makuyi imtahana buraxılmayıblar

2021.10.20, 07:36
Xanım Hacər Kəbiri və Məcid Makuyi imtahana buraxılmayıblar

Gunaz.tv

GünAzTv: Güney Azərbaycan mədəni fəallarından və milli hərəkatçı Mühəndis Məcid Makuyi 2010-cu il Tələbə Qəbul komitəsi tərəfindən qeydiyyata alınmayıb və ona imtahanlarda iştirak etməyə vəsiqə verilməyib. bu barədə Qaynar.info Güney mənbələrinə istinadən xəbər yayıb.

istinadən xəbər verir ki, M. Makuyi İsfahan şəhərinin Malek Əştər universitetinin məzunu və öyrənci hərəkatının üzvüdür. O, 2009-cü ildə 1 il qəti və 2 il şərti həbs cəzası alıb. Bu hərəkatçı 2008-ci ildə 7 nəfər Təbriz universitetinin hərəkat fəalları ilə birlikdə yaxalanaraq 90 günə yaxın işgəncələrlə Təbrizin ETTLAAT-da saxlanıb, 2006-ci il may hadisələri zamanı isə Urmuda yaxalanaraq 30 gündən çox qanunsuz həbs olunub.Bu hərəkatçıdan başqa Xanım Hacər Kəbiridə Tələbə qəbul komitəsi tərəfindən onaylanmayıb və ona imtahanda iştirakı üçün buraxılış vəsiqəsi verilməyib.H . Kəbiri Təbriz Universitetinin Sosioloji fakultəsinin məzunudur və bağlanmış “Tələngər” dərgisinin təsisçisi olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar