SON XƏBƏRLƏR

Daşqın Bölgələrində vəziyyət sabitləşir

2021.10.20, 07:36
Daşqın Bölgələrində vəziyyət sabitləşir

Gunaz.tv

GünAzTv: Azərbaycanın daşqın və sel altında qalan bölgələrində  vəziyyət getdikcə sabitləşir. Artıq Qoruyucu bəndlərdə uçma təhlükəsi olmayıb.

Kür çayının aşağı axarındakı yaşayış məntəqələrindəki qoruyucu bəndlərdə uçma təhlükəsinin olmadığını deyən operativ qərargah onu da əlavə edib ki, bu gün səhər saatlarında Sabirabad rayonunun Çığırqan kəndində 10 gün əvvəl uçan bənd bərpa olunub. Bununla da Azadkənd, Xankeçən kəndlərinə Kür çayından suyun axmasının qarşısı alınıb.

 

Bu gecə həmçinin Əzizbəyov kanalının dağılan hissəsi bərpa olunaraq Biləsuvar rayonuna suyun verilməsi təmin edilib.Hazırda rayona saniyədə 40 kubmetr su vurulmaqdadır. 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar