Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Ermənistan prezidenti Serj Sərkisyan iyunun 1-də Rostov şəhərində Rusiya prezidenti Dmitri Medvedyevlə görüşüb. Xəbər verildiyi kimi, Sərkisyan Rusiya prezidentinin prizi uğrunda təşkil edilən at yarışına tamaşa etmək üçün Rostova səfər edib. O, hər il keçirilən belə yarışa qatılan yeganə MDB dövlət başçısıdır.
GünAzTv mətbuat mərkəzinin “Musavat”-a istinadən yaydığı məlumata görə, Əvvəlki illərdən fərqli olaraq bu il Azərbaycan prezidenti də daxil olmaqla, MDB dövlət başçılarının demək olar ki, heç biri yarışa tamaşa etməyə getməyib. Rusiya prezidentinin rəsmi saytında yer alan məlumata görə, Medvedyevlə Sərkisyan işgüzar görüşdə iki ölkə arasında əməkdaşlığın indiki vəziyyətini, habelə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Türkiyə-Ermənistan münasibətləri də daxil olmaqla aktual regional problemləri müzakirə ediblər.Medvedyev görüşün mətbuata açıq hissəsində Rusiya və Ermənistanın “yaxın tərəfdaşlar və strateji müttəfiqlər” olduğunu bildirib. O, Sərkisyanla mayın 9-da Qələbə bayramı münasibətilə keçirilən tədbirlər zamanı keçirilən görüşünü xatırladaraq deyib ki, Ermənistan prezidentinin yenidən Rusiyaya gəlməsindən və sözügedən mərasimdə iştirakından məmnunluq duyur. Medvedyev qeyd edib ki, əvvəlki danışıqlarda olduğu kimi bu dəfə də iqtisadi əməkdaşlıq məsələlərinə dair müzakirə edilməli məsələlər var: “Eyni zamanda regional məsələləri də müzakirə etməliyik. Bir sözlə, sizə deməyə sözüm var. Mənim son günlər bir sıra mühüm səfərlərim olub, gizlətmirəm ki, həmin səfərlər zamanı Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasını, eyni zamanda digər regional məsələləri müzakirə etmişik. Mənim bir sıra avropalı həmkarlarımla da kontaktlarım olub. Ona görə də fikir mübadiləsi aparmağımız vacibdir”.Sərkisyanla Medvedyev danışıqlardan sonra mətbuata açıqlama verməyiblər. Lakin Ermənistan prezidenti Rostovda erməni diasporu ilə görüşü zamanı Türkiyə ilə münasibətlərdən və Qarabağ münaqişəsindən danışıb. Sərkisyan xatırladıb ki, Ermənistan-Türkiyə protokollarının ratifikasiyası dayandırılıb: “Əsasən ona görə ki, Türkiyə bu gün həmin protokolların ratifikasiyasına hazır deyil. Eyni zamanda Türkiyə bu prosesin iflasa uğramasına haqq qazandırmaq üçün müxtəlif ilkin şərtlər irəli sürür. Elə sferalarda bizimlə alver etmək istəyir ki, orada onun heç bir işi yoxdur. Mən əlbəttə ki, Qarabağ münaqişəsinin nizamlanmasını nəzərdə tuturam”. Ermənistan prezidenti Türkiyəni “etibarsız tərəfdaş” adlandıraraq deyib ki, bu ölkə əldə edilmiş razılaşmaları müntəzəm olaraq pozur. Ona görə də belə tərəfdaşla danışıqları davam etdirməyə lüzum yoxdur. “Vaxt göstərdi ki, Avropanın sonuncu bağlı sərhədlərinin açılması üçün Ermənistan əlindən gələni etdi, ancaq Türkiyə bu gün buna hazır deyil. Dağlıq Qarabağ probleminə gəldikdə isə biz öz müqəddəratını təyin etmə hüququ ilə alver etmək fikrində deyilik və bu məsələni heç kimlə müzakirə etmək fikrimiz yoxdur” deyə, Sərkisyan bildirib.Bu arada Ermənistan müxalifət mətbuatı yazıb ki, Sərkisyan at yarışına baxan yeganə dövlət başçısı olub. Belə ki, tribunada qondarma Abxaziya və Cənubi Osetiya “prezidentlərindən” başqa dövlət başçısı, o cümlədən Rusiya prezidenti yer almayıb. Ermənistan prezidentinin mətbuat katibi Aleksandr Arzumanyan isə deyib ki, Sərkisyan at yarışında iştirak etməyib. Onun dediyinə görə, səfər proqramında at yarışına baxmaq yer alsa da son anda proqram dəyişib: “Sərkisyan ikitərəfli görüşlərə görə ippodroma gedə bilməyib. Onun Rusiya prezidenti ilə ippodromda qeyri-rəsmi görüşü planlaşdırılsa da daha sonra prezidentlərin rəsmi görüş keçirməsi qərara alınıb. Görüş bir saat çəkib”. Göründüyü kimi, Sərkisyan Rostovda “bambılı” durumuna düşüb, o, at yarışına gedən yeganə MDB dövlət başçısı olub, üstəlik, ora çatanda məlum olub ki, tribunada qondarma “prezidentlər”dən və Rusiyanın bəzi regionlarının qubernatorlarından başqa yüksək rütbəli qonaq yoxdur. Rusiya prezidenti Dmitri Medvedev yarışın keçirildiyi vaxt Rostovda olsa da Avropa İttifaqı-Rusiya sammitində iştirak edib. Belə görünür ki, MDB ölkələrinin prezidentlərinin yarışa gəlmədiyini görən Medvedev də ippodroma getməyi lazım bilməyib.Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan isə Kanadada erməni diasporu qarşısında Qarabağ məsələsindən danışarkən deyib ki, güc tətbiqi və ya güc tətbiqi ilə hədələmə “kozır” kimi istifadə edilməməlidir. Nalbəndyana görə, Azərbaycan rəhbərliyi “qılınc yelləməklə və hərbi ritorikaya üstünlük verməklə” Dağlıq Qarabağ əhalisinin rifahında maraqlı olduğu haqda bəyanatlarını təkzib edir: “Kiminsə qayğısına qalmaqla eyni vaxtda onu öldürməklə hədələmək nə dərəcədə məntiqlidir?”Qeyd edək ki, Qarabağ danışıqlarının dalana dirəndiyi bir vaxtda Ermənistan rəhbərliyinin mövqeyində son vaxtlar artan aqressivlik müşahidə edilir. Erməni rəhbərliyi, siyasətçiləri və hərbi çevrələri deyirlər ki, Azərbaycana “bir santimetr torpaq” da qaytarıla bilməz. Eyni zamanda Ermənistanda Azərbaycanın əraziləri qaytarmaq üçün hərbi yola əl ata biləcəyi ilə bağlı narahatlıqlar da açıq hiss olunur. Lakin bununla belə, rəsmi İrəvan Azərbaycan tərəfinin qəbul etdiyi yenilənmiş Madrid prinsiplərinə nə “hə”, nə “yox” cavabı vermir. Prezidentlər arasında danışıqların yaxın zamanlarda baş tutması ehtimalı zəifləyib. Rəsmi Bakı Ermənistanın danışıqları yenidən uzatmaq və 6 il əvvəli mərhələyə qayıtmaq səyləri ilə barışmaq fikrində olmadığını vasitəçilərə çatdırıb. Göründüyü kimi, Ermənistan rəhbərliyi Türkiyəyə qarşı da qəzəblidir və Sürix protokollarının iflasa uğradığını etiraf edir. Rəsmi İrəvan anlayıb ki, Türkiyə bu protokolları həyata keçirmək üçün Qarabağ şərtindən geri çəkilməyəcək.
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu