Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Əsir götürülən fəallar qaytarılır, Qəzzəyə yardım dəhlizi açılır, hətta yəhudilər də İsraili qınayır.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obama arasında baş tutan bir saatlıq telefon söhbətində İsrailin sülh gəmilərinə basqını müzakirə edilib. Ərdoğan Obamaya «İsrail bölgə barışına bu günə qədər ən böyük töhfə verən tək dostunu itirmək təhlükəsi ilə qarşı-qarşıyadır» deyə bildirib. Obama isə Ərdoğana «Türkiyənin gözləntilərinə ən uyğun həll yolunun tapılması üçün sıx-sıx səy göstəririk» deyə Türkiyənin mövqeyinə dəstək verib. «Bu, dünyaya qarşı hücumdur» Türkiyə hökuməti telefon söhbəti ilə bağlı aşağıdakı rəsmi məlumatı yayıb: «Hörmətli baş nazirimiz İsrailin hücumunun qəbuledilməz bir hüquq pozuntusu olduğunu ifadə edərək ən qısa zamanda öldürülən vətəndaşlarımızın cənazələrinin, yaralılarımızın və könüllülərimizin, həmçinin gəmilərin Türkiyəyə qaytarılmasını, Qəzzəyə tətbiq olunan embarqonun dərhal aradan qaldırılmasını istəyib.Baş nazir Ərdoğan Aralıq dənizində reallaşan hücumun yalnız Türkiyə ilə İsrail arasında deyil, İsrail ilə 32 ölkə arasında, bu səbəbdən bütün dünyaya qarşı olduğunu ifadə edərək «İsrail bölgə barışına bu günə qədər ən böyük töhfə verən tək dostunu itirmək təhlükəsi ilə qarşı-qarşıyadır. İsrailin önümüzdəki günlərdə atacağı addımlar bölgədəki mövqeyi baxımından təyinedici olacaq» deyib.ABŞ prezidenti Barak Obama isə söhbətə həyatını itirən Türkiyə vətəndaşları üçün kədərini ifadə edərək, şəhid ailələrinə və millətimizə ən dərin başsağlığını çatdıraraq başlayıb. Prezident Obama Türkiyənin Qəzzəyə yardım məsələsi və ardınca proseslərlə əlaqədar mövqeyini çox yaxşı qiymətləndirdiyini, bu mövqeyi BMT Təhlükəsizlik Şurasının qərarına qatılaraq nümayiş etdirdiyini ifadə edərək «məsələyə beynəlxalq hüquqa və Türkiyənin gözləntilərinə ən uyğun şəkildə bir həll yolunun tapılması üçün sıx-sıx səy göstəririk, göstərməyə də davam edəcəyik, Türkiyə ilə ABŞ-ın bölgə barışı üçün bu günə qədər olduğu kimi, bundan sonra da çox yaxın əlaqələr içində olacaqlarına inanıram» deyə bildirib. Sonda Obama bölgə ilə əlaqədar digər mövzuları Torontoda keçiriləcək G-20 yığıncağında baş nazir Ərdoğanla üz-üzə, detallı olaraq müzakirə etmək istədiyini ifaəd edib».Ağ evin yaydığı rəsmi məlumatda isə əlavə olaraq bildirilir ki, Obama «faciəni əhatə edən reallıqların etibarlı, tərəfsiz və şəffaf bir şəkildə araşdırılmasına ölkəsinin dəstəyini» vəd edib. İsrail videoçəkilişi montaj edib Bu arada baş verənlərlə bağlı «CNNTurk» kanalı maraqlı analitik material yayımlayıb. Materialda bildirilir: «Hücum xəbəri eşidilər-eşidilməz diplomatik reaksiyalardan çəkinən İsrail hökuməti və ordusu dünya radio və televiziyalarında hadisələrin necə inkişaf etdiyi mövzusunda öz versiyalarını izah etmək üçün səfərbər oldu. Hücum zamanı çəkilən və ağır bir şəkildə montaj olunduğu müəyyən olunan videogörüntülərdən dəstək alan İsrailli sözçülər, gün boyunca dayanmadan qərb TV və radio kanallarında əsgərlərinin sülh fəalları tərəfindən necə hücuma uğradıqlarını izah etdilər. Daha da əhəmiyyətlisi, hücum xəbərinin eşidilməsindən başlayaraq «Mavi Mərmərə» gəmisində olan fəalların media ilə görüşməsinə maneə törədib, xəbər bülletenlərində öz versiyalarının hökmranlığını təmin etdilər.Bəs reallıqda gəmidə nələr yaşandı? Fəallar İsrail tərəfindən əsir alınandan sonra cib telefonları əllərindən alındı ya da işləməz hala gətirildi. Bu səbəbdən də bu insanlarla əlaqə yaratmaq mümkün olmadı. Ancaq İsrail tərəfi konsulluq səlahiyyətlilərinin həbsə atılan ya da xəstəxanada müalicə olunan fəallarla görüşməsinə icazə verdi. İsrailin Aşkelon şəhərində bir xəstəxanada müalicə alan 21 yaralı fəalla bağlı reportaj vermək istəyən jurnalistlərə maneə törədildi. Bir xəstəxana səlahiyyətlisi jurnalistlərin xəstələrlə görüşməsinin ordu tərəfindən qadağan edildiyini söylədi. Bu qadağanın pozulmaması üçün palatalarda əsgərlər keşik çəkirdilər.İsrail tərəfinə görə, basqın zamanı yaşananlar çox aydındır. Basqına qatılan əsgərlərə görə, etirazçılar onlara dəyənək və bıçaqlarla hücum ediblər. Əslində əsgərlər hücuma uğradımı? İsrail ordusu tərəfindən dünya mediasına verilən görüntülər əsgərlərin hücuma uğradığını təsdiqləyir, hətta birinin alt göyərtəyə atıldığı görünür. Əsgərlərdən bəzilərinin tapançalarının etirazçılar tərəfindən ələ keçirildiyi belə iddia edilir. Aydın olan bir şey var ki, əsgərlər ən pis ehtimalla yüngül bir müqavimətlə qarşılaşmağı gözləyirdilər və dolayısı ilə sərt bir müqavimətə qarşı hazırlıqlı deyildilər. Hərbi mütəxəssislər bu vəziyyəti İsrailin böyük səhvi və hətta ayıbı olaraq xarakterizə edir. İsrailli səlahiyyətlilər əsgərlərin hücuma uğradıqdan sonra atəş açdıqlarını iddia edir. İsrailin baş naziri Benyamin Netanyahu əsgərlərin sırf «həyatlarını qurtarmaq» üçün atəş açdıqlarını iddia edir. «Bir-birlərinə baxıb atəş açmağa başladılar» Ancaq qarşı tərəfin söylədikləri tam fərqli bir mənzərə yaradır. «Qəzzəyə Azadlıq» Hərəkatının nümayəndələrindən biri olan Qreta Berlin «Mavi Mərmərə»yə hücumu o zaman yanında olan yoldaşları ilə birlikdə izlədiyini söyləyib. Berlin «Vertolyotdan endiklərini gördük, bir-birlərinə baxıb atəş açmağa başladılar. Bunu görüncə dilimiz tutuldu» deyə bildirib.İsrail parlementinin İsrailli ərəb deputatı Xanin Zoabi də hadisələr zamanı həmin gəmidə olub. Zoabi «Gəmiyə endirilən hərbi gücün böyüklüyündən məqsədin yalnız gəmini dayandırmaq deyil, eyni zamanda gələcəkdə bu cür cəhdlərə qarşı daşındırıcı təsir yaratmaq üçün mümkün qədər çox sayda insan öldürmək olduğu aydın olurdu» deyə bildirib. «Yolçuları heyvan kimi yerə uzandırmışdılar» Digər gəmilərdə olan və bir qismi ölkələrinə göndərilən yolçular da İsraili günahlandırıb. «Reuters» xəbər agentliyi Afina aeroportuna enən Mihalis Qriqoropolosun «Biz heç müqavimət göstərmədik, istəsək də, bunu edə bilməzdik. Bəzilərinin etdiyi tək şey əsgərlərin körpüyə çıxa bilmələrinə maneə törətməyə çalışmaq üçün canlı sipər çəkmək oldu. Özlərinə plastik güllələrlə atəş açdılar və elektrik cihazları ilə toqquşdular» deyə izah edib. O, İsrail əsgərlərinin gəmiyə çıxdıqdan sonra onlarla «çox pis davrandıqlarını», yolçuların «heyvan kimi yerə uzandırıldığını və hətta tualetə getmələrinə də icazə verilmədiyini» söyləyib. Dindar yəhudilər türklərə dəstək verib ABŞ-ın Nyu York şəhərində İsrail baş konsulluğu qarşısında baş tutan aksiyada xeyli sayda yəhudi də Türkiyənin tərəfini saxlayıb. Etirazçılar «Qəzzədəki mühasirəyə son verin», «Amerika dolları İsrailin döyüş cinayətlərini bəsləyir», «Əllərində ağ bayraq yelləyirdilər, dəyənək deyil», «İsrail qırğını», «Qəzzəyə azadlıq» yazılmış plakatlar daşıyıblar. Dini paltarlı «Hasetik» adlı yəhudi qrupunun üzvləri də etiraza qatılıblar. Onlar həmçinin yaxalarına «Yəhudi sionist deyil» yazılmış vərəqələr asıblar.BMT qarşısında yer alan etarzlarda isə tərkibində türklər və dindar yəhudilərin yer aldığı bir qrupla başqa bir yəhudi qrupu arasında söz atışması baş verib. BMT-nin binası qarşısında yerləşən Türk Evinin qarşısına yığılan İsraillilər Təhlükəsizlik Şurasının qəbul etdiyi qərara etirazlarını bildiriblər. Daha sonra səkinin qarşısına gələn «Young Turks» («Gənc Türklər») dərnəyinin üzvləri və onları dəstəkləyən yəhudilərdən ibarət bir qrup İsrail dövləti əleyhinə şüarlar səsləndirməklə İsrail tərəfdarlarının etirazlarını boğublar. «Vaşinqton Post»: «Türkiyə Həmasdan təhlükəlidir» Baş verənlər dünya mətbuatında aparıcı mövzu olmaqda davam edir. ABŞ mətbuatında Türkiyənin Həmasdan daha təhlükəli olması fikrinə yer verilib. «Vaşinqton Post» qəzetində yer almış məqalə əsas etibarilə Türkiyənin əleyhinə yazılıb. Məqaləyə görə, «İsrail öz hərbi gücündən istifadə edərək Həmasdan daha təhlükəli olan Türkiyəni döyüşə çəkmək istəyir və gəmilərə basqın İsrail üçün yaxşı yoxlama fürsətidir: «İsrailin bir zamanlar ən əhəmiyyətli regional müttəfiqi olan Türkiyə indi İsrailin hegemoniyasına meydan oxumaq axtarışındadır... Türkiyə güclü bir dövlətdir və baş nazir Ərdoğan «İsrailin bizə əmr verir kimi davranmasına icazə verməyəcəyik» şəklində xarizmatik bir mesaja sahib müsəlman bir populistdir... Davutoğlu jurnalistlərlə təşkil etdiyi nahar söhbətində «İndi qərar vermək zamanıdır: Mədəni bir dünyadayıqmı, yoxsa bəziləri meşə qanunlarına sahib olmağa davam edirlər? Əgər ikincisidirsə, nə edəcəyimizi bilirik» deyə bildirib. «İsraili tələyə çəkdilər» «Los-Angeles Times»: «İsrail ordusu sanki bir dəniz quldurları dəstəsidir. Bu cinayətə haqq qazandıracaq və ya təmizə çıxaracaq heç bir izahat yoxdur və İsrail hökuməti ilə ordusunun axmaq hərəkətlərinə heç bir səbəb təqdim edilə bilməz... Yenə də dini fikirlərində fanatik və İsrailə radikal şəkildə düşmən olan kiçik bir türk təşkilatı iddiasına barış və ədalətin axtarıcısı olan yüzlərlə adamı daxil etdi və İsraili bir tələyə çəkməyi bacardı, çünki İsrailin necə reaksiya verəcəyini bilirdi... Bütün bunlar dəfələrlə ifrat güc istifadəsinə müraciət edən bacarıqsız bir siyasətin nəticəsidir». «İslam dünyası Obamanı eşitməyəcək» «Guardian»: «İsrail üzərində ölümlərin əhatəli bir şəkildə istintaqını aparmaq istiqamətində təzyiqlər artır. Gəmidəki vətəndaşlar İsrail əsgərlərinin öldürmək məqsədilə atəş açdıqlarını bildirirlər... Bir şey dəyişəcəkmi? İsrailin dərhal Misirin Qəzzə ilə sərhədini müvəqqəti hümanitar yardım üçün açması ümid verən jestdir... BMT isə lazımlı qərar vermədi. Obama bir daha İslam dünyasına səsləndikdə, sözlərinə kimsə qulaq asmayacaq. Bunun məsuliyyətini daşıyan onun özünün başında duoduğu adminstrasiyadan başqa heç kim deyil».«Financial Times»: «Bütün təbliğat səylərinə baxmayaraq, bu hadisənin ardından gözlərin Qəzzənin mühasirəsinə fokuslanmasına maneə törətmək mümkün olmayacaq. İsrail öz düşmənlərinə özünə qarşı istifadə edə biləcəkləri yeni bir vasitə verdi. Məsələn, Həmas dərhal müsəlmanları İsrailə qarşı qiyama çağırdı. İran lideri Mahmud Əhmədinecat da hücumun İsraili yox olmağa bir az daha yaxınlaşdırdığını dilə gətirdi. Bu hücumun ardından ABŞ-ın BMT Təhlükəsizlik Şurası üzvlərini belə İrandan hesab soruşmağa razı salması çətinləşəcək». İrana qarşı sankisyalar baş tutmayacaq «Independent»: «Bu hadisə Obama rəhbərliyinin diqqətini yayındıracaq, onu birinci prioriteti olan İrana qarşı sanksiyalardan uzaqlaşdıracaq. Baş verənlər İsraillə Fələstin arasında ABŞ-ın vasitəçiliyinə yönəlitk səyləri də çətinləşdirəcək. Həmçinin bu hadisə böyük ehtimalla Həması gücləndirəcək, Fələstin lideri Mahmud Abbası zəiflədəcək... İsrailin təbliğatına kimsə İsraillilər qədər inanmır. Bu təbliğat kampaniyaları İsrailin ən zəif nöqtəsidir. Çünki İsrailin həqiqəti qəbul etməsini maneə törədir. Məğlubiyyət və uğursuzluqlar, zəfər və uğur olaraq təqdim edilir».«Daily Telegraph»: «İsrailin yardım gəmilərinə hücumunun ardından rəqibi Həmas Mahmud Abbasa sülh prosesindən çəkilmək çağırışı edib. Fələstin lideri də sülh prosesinin davamı üçün Qəzzədəki mühasirənin sona çatmasını tələb edib və Avropa Birliyini İsraillə əlaqələrini dondurmaya çağırıb».
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu