SON XƏBƏRLƏR

Ankara Tel-Avivə 24 saat vaxt verdi

2021.10.20, 07:36
Ankara Tel-Avivə 24 saat vaxt verdi

Gunaz.tv

GünAzTv: Türkiyə Xarici İşlər Nazirliyi Əhməd Davudoğlu bu müddət ərzində könüllülərin azad edilməsini tələb edib.

"Bu ana qədər İsrail tərəfindən saxlanılan 210 Türkiyə vətəndaşı təyyarəyə mindirilib. Ölən könüllülərin meyidi İstanbula, yaralılar isə Ankaraya gətiriləcək. Eyni zamanda 2 ağır yaralı İsraildə türk həkimlərin nəzarəti altında müalicələrini davam etdirəcəklər". Bu barədə Ankaraya qayıdan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu jurnalistlərə açıqlamasında bildirib. O həmçinin qeyd edib ki, Qəzza zolağının mühasirəsi aradan qaldırılmalıdır və Türkiyə onun mühasirədən azad edilməsi istiqamətində səylərini davam etdirəcək.“Bu gün gəmidə saxlanılan bütün vətəndaşlar azad ediləcək. ABŞ-dakı görüşlərimdə bildirdim ki, əgər onlar 24 saat ərzində sərbəst buraxılmasa, İsraillə münasibətlərimiz yenidən nəzərdən keçiriləcək”, - deyə Davudoğlu bildirib. Türkiyə XİN rəhbərinin sözlərinə görə, çox sayda ölkələrin xarici işlər nazirləri ona zəng edərək yaşananlarla bağlı Türkiyəyə dəstək olduqlarını bildiriblər. Türkiyəli nazir Türkiyədə akkreditə olunan İsrail diplomatları və onların ailələrinin təhlükəsizliyi məsələsinə də toxunub. “İsrail diplomatları və onların ailələrinin təhlükəsizliyinin təmin edilməsi bizim namus və vəzifəmizdir. İsrailli turistlər bizim qonağımızdır”, - deyə o bildirib. O, İsrailin saxladığı şəxslərin məhkəmə qarşısına çıxarılması məsələsinin gündəlikdə olmadığını da bildirib. ANS

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar