SON XƏBƏRLƏR

İranda iki qadın jurnalist həbs edilib

2021.10.20, 07:36
İranda iki qadın jurnalist həbs edilib

Gunaz.tv

GünAzTv: İranda islahat tərəfdarı olan media ilə əməkdaşlıq edən iki qadın jurnalist Əzəm Vismə və Məhbubə Xansari tutulub.

Əzəm Vismə İran parlamentindəki islahatçı deputatlar fraksiyasına məxsus saytında işləyir.

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumatya görə, İranın Kəşfiyyat İşləri üzrə Nazirliyinin (ETTELAAT) əməkdaşları hər iki jurnalisti mayın 31-də axşam saatlarında evlərindən tutub aparıblar. Mənzillərdə axtarış aparılıb, kompüterlər, CD-lər və bir sıra digər şəxsi əşyalar götürülüb.

Tutulan jurnalistlərin hazırda Tehranın Evin zindanında saxlandığı vurğulanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar