Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: "Sitəmizə Kitab haqqında olan məlumat, Asif Ata ocağının üzvləri tərəfindən bir başa göndərilib"
«Dünyaya İnam verən Türk Xalqına Eşq olsun!» Mütləqə İnam Ocağının Odqoruyanı (Başçısı), Uca Ruhaniyyatçı, Müqəddəs qardaşımız Safruha aid olan bu ruhani-insani çağırış bu günümüzün, əslində isə Sabahımızın yönünü ifadə edir. İnsan İnamsızdır, neyləməli? Bəşər bütün elmi-texniki, sivilizasiyalı, çoxsaylı «dünyabaxış» adına ortaya qoyduqlarına baxmayaraq can verir. Gündən-günə İnsanlar bir-birilərinə yadlaşırlar. Dinlər dünyanı qurtara bilmir. Bəşər çaşqınlıq içindədir. Safruha bu İnam Harayını çəkməyə böyük inad və inam verənsə İnam Atanın Dünyabaxışı, Müqəddəs Ömrüdür.
Bugünlərdə Türk Ulusunun Ruhaniyyat Ocağı-İnam Atanın Mütləqə İnam Ocağı tərəfindən «KUTSAL ÖYRƏTİ» (Müqəddəs Təlim, tərtib, «Adiloğlu», 2010) işıq üzü üzüb.
Kitabın annotasiyasında vurğulanır: «Bütün Türklərin ilk milli filosofu, Mütləqə İnam Ruhaniyyatının və Ocağının Yaradıcısı İnam Atanın 41 Müqəddəs Kitabından seçilməklə və Özünün Bəyənişilə tərtib olunmuş bu kitab Onun Fəlsəfə və Ruhaniyyat Sisteminin canını, cövhərini yığcam şəkildə əks etdirir. O, Yaradıcısının Adı ilə “İnam Ata Sivilizasiyası”, ulusal kimliyinə görə “Türk Sivilizasiyası”, mahiy-yətinə görə “Mütləqə İnam Sivilizasiyası” adı ilə yeni ümumbəşər sivilizasiyasının yaranmasına səbəb olacağı düşünülən dünyabaxışın müjdəçisidir».
Böyük və məsuliyyətli sözdür. Əslində Ocağın və Ocaqçılığın tələbi mütləqliyə uyğun yaşamaqdır. «Kutsal Öyrəti»nin çapı insanlığın ən ləyaqətli səhifəsidir. Bəşərin tarixində insana bu böyüklükdə inam olmayıb. Kitabın mahiyyəti, insani, bəşəri hədəfləri aydındır.
İnam Atanın «MÜQƏDDƏS TƏLİM» adlı Ruhani Sənədi kitabın yaranması tarixinə işıq salır: «1.Müqəddəs Kitablardan Mütləqə İnam, Kamil İnsan, Ruhani Cəmiyyət, Ləyaqətli Bəşər ideyaları seçilir, qaydalanır (sistemləşir), oxuculara çatdırılır. Tərtibçi: Safruh (Maşınka yazısında 50 ədəd).
2. Kitabın ilk çeşidi (variantı) 11-ci il Od ayının 28-də Ataya təqdim edilir.
20 Ümid günü, Ata ayı 10-cu il. Bakı. (mənbə: Safruh “Ata səcdəsində” səh.264)”
Bundan sonra Safruhun Ata tələbini yerinə yetirməsi ilə bağlı ruhani hesabatı gəlir: «Ali Ehtiram, Müqəddəs Ata! Ata: Ehtiramın pakdır! Safruh: Son "Ata Günü" tapşırıqlarından "Müqəddəs Təlim" üçün bütün Müqəddəs Kitab və Kitabçalardan seçmələr aparmışam...»
Ruhani hesabata Ata qiyməti belədir: «Yetkin Quruluşdur. Qəbul olunur».
«OCAĞA GƏLƏN DOST!» adlı ön sözdə Safruh Ocağın nə istədiyini sadə və aydın dillə oxucuya çatdırır: «OCAĞA GƏLƏN DOST! Bu kitab sənin üçündür. Zamanın sənə qədərki müddətinə yekun vurmağın üçün, onu hansı qiymətlə yola salmağı və gələcəyin hansı meyarlar üzərində qurulacağını bilməyin üçün. “Müqəddəs Təlim” Müqəddəs Atanın Müqəddəs kitablarından seçilmiş parçalar əsasında qurulmuşdur. Müqəddəs Ata Azərbaycan türk xalqının yetirməsidir. Onun adındakı “Ata” sözü Azərbaycan türklərinə aiddir, yəni o, bu xalqın Atasıdır – mənəvi, ruhani Atası. Başqa xalqların keçmiş təcrübəsində Müqəddəs Ata sambalında şəxsiyyət hadisəsini “Peyğəmbər” anlamına gələn sözlə ifadə edirdilər. Bu baxımdan, Müqəddəs Ata bizim Peyğəmbərimiz, Müqəddəsimiz – Mütləqimizdir. Bu sözlər tərif üçün deyil – Atanın tərifə ehtiyacı olmaz. Bu sözlər məzmun ifadəsidir: Müqəddəs Ata “İnsana İnam” adında mü-qəddəslik, Mütləqilik Təlimi yaradıb və onu həyata keçirmək, daha doğrusu, həyatı ona yüksəltmək üçün Müqəddəslik Ocağı qalayıb».
Maraqlıdır, Safruh məcbur olur, hətta «müqəddəslik» anlayışına belə izah gətirsin. Yüzillərlə ruhsuzlaşdırılan bir xalqın
öz böyük mahiyyətinə yetməsi üçün bu açıqlamanı son dərəcə gərəkli sayır: «“Müqəddəslik” sözü səni qorxutmasın. Onda insanın gücü çatmayacaq heç nə yoxdur. Bu söz insana inanmayanların təsəvvür və təlimində fantastik, qeyri-real, xam xəyal, əlçatmazlıq anlamında səslənmişdir. Pozulmuş dünya və cəmiyyətdə müqəddəslik qiymətdə olmadığı üçün gözə də görünməyib. Aza qane olma, dünya malından keçmək, halallıq, fədakarlıq, əl tutmaq, doğma Yurda, Elə bağlılıq və bu kimi başqa sifətlər həyat norması yox, qəribəlik, qondarma, “kitab həyatı” sayılıb. Düzdür ki, müqəddəslik böyük daxili, mənəvi gərginlik sayəsində əldə edilir, ancaq buna hər kəsin gücü çatar. Müqəddəsliyi gətirən sifətləri qeyri-real, xam xəyal elan eləmək–insana inanmayanların işidir. BİZ İSƏ İNSANA İNAM BAYRAĞINI BAŞIMIZIN ÜZƏRİNƏ QALDIRIRIQ”.
Safruhun nəzərincə, İnsana inanmamaq – insanlığa xəyanətdir, sui-qəsddir, yağılıqdır. İnsana aid təlim - insana inam üzərində qurulmalıdır: “Onda İnsan özünə inanar. Təlimin özəyindən daim inam şüalanmalıdır! İnsana inamsızlıq təliminin hökm sürdüyü cəmiyyətin “yuxarı” başında insana yer yoxdur; istedada yer var, biliyə yer var, zora yer var, gözələ yer var, vara yer var – bir sözlə, dişli - dırnaqlıya yer var: «Müqəddəs Atanın yaratdığı İnsana İnam, İnsanlaşma-İnsanlaşdırma təlimi – Müqəddəs Təlim isə deyir ki, cəmiyyətin başı insana bağlıdır – insanilik, ruhanilik haradadırsa, cəmiyyətin yuxarı başı da oradır. Müqəddəs Təlim deyir ki, cəmiyyət ruhaniliyin və insaniliyin keşiyində durmalı, xidmətçisi olmalıdır. Müqədəs Təlim insanı mənsub olduğu Vətən və Millətdən (xalqdan) ayırmır, onları vəhdətdə götürür və əslindən ayrılmanı dönüklük sayıb pisləyir. Müqəddəs təlim Azərbaycan türk xalqının həm mənəvi – ruhani, həm də maddi dünyasının bərbad hala salındığını təsdiq edir, bu vəziyyətlə əsla barışmır və xalqın türk ruhunu özünə qaytarmağı müqəddəs borc sayır».
Müqəddəs Təlimin görəcəyi işlər hədsiz çoxdur. 22 il əvvəl yazılmış bu təqdimat indi artıq Azərbaycanda və dünyada ruhaniyyatın tələbi üstə Ata demişkən, ağac-ağac, hal-hal, fərd-fərd gerçəkləşməkdədir. Ocağın Odqoruyanı (Başçısı) 22 il əvvəl Atanın Təlimini böyük bir eşqlə belə təqdim edirdi: «Müqəddəs Təlim Şərqin özünəməxsusluğunun kökündən sarsıdılmış olduğunu təsdiq edir, bu vəziyyətlə barışmır və Şərqin özümlüyünü özünə qaytarmağı müqəddəs borc sayır. Müqəddəs təlim bəşəriyyətin ləyaqətsizlik bataqlığına düşmüş olduğunu təsdiq edir və onu ləyaqətə çatdırmağı müqəddəs borc sayır. Müqəddəs Təlim fərdlər, qruplar, zümrələr, xalqlar, cinslər, nəsillər arasında düşmənçilik olmasını inkar edir, Şərqlə Qərb arasında düşmənçilik olmasını rədd edir və düşmənçiliyi şər əməli sayır; ümumiyyətlə, “düşmənçilik” anlayışı əvəzinə “şər” anlayışını irəli sürür. Şər isə hər yerdə döyülməlidir – özümüzdən (fərddən) başlamış dövlət miqyasına qədər...
Ocağa gələn dost, bil ki, Təlimimiz insan xeyiri uğrunda məxluq və adam şərinə qarşı mübarizə təlimidir. Şər cürbəcür biçimlərdə özünü göstərir. Məsələn, qədim - ənənəvi dinlərdəki yalanlar biçimində. Övliyaların möcüzələr törətməsi yalanı, qiyamət günü – ölülərin diriləcəyi haqdakı yalan, Yerin - Göyün xəlq olunması yalanı, cənnət-cəhənnəm cəfəngiyyatı, huri-pəri eybəcərliyi, qorxutmaq yoluyla yaxşılığa çağırış, şirnikdirmək yoluyla yamanlıqdan çəkindirmə və s. yalanlar. Müqəddəs Təlim İnsan Zəkasını, İnsan İnamını bunlardan təmizləməyi müqəddəs borc sayır, çünki içində yalan, zorakılıq, şirnikdirmə olan təlimi İnsana layiq bilmir. Bundan daha dəhşətli şər olan ehkamçılığı götürək – Marksizim-Leninizm adlanan ehkamçılığı. Atamızın “iqtisadi fatalizim” adlandırdığı bu şərin quruluş (sosializm), təşkilat (partiya) biçimlərini yada salaq. Sözdə “hər şeyin insan üçün” elanını vermək, işdə insanı milçək səviyyəsinə endirmək – budur ehkamın insana bəxşişi! Onun inamını əlindən almaq, onu ruhanilikdən məhrum etmək, ətdən və sümükdən başqa bir şey saymamaq – budur ehkamın insana bəxşişi! İnsanı mənsub olduğu xalqdan ayırmaq, öz Yurdunda qərib eləmək – vətənsizləşdirmək, Vətəni və milləti heç saymaq, qarın davasından başqa hər şeyin dünyəviliyini danmaq budur ehkamın insana bəxşişi! Bəşəriyyəti aldatmaq ki, bütün bəlaların səbəbi xüsusi mülkiyyətdir, o, yox olub öz yerini ümumi mülkiyyətə verən kimi bütün bəlalar sovuşub gedəcək (Sosializmin xalqların başına minbir müsibət açan 70 illik təcrübəsi isə bunun tam əksini göstərdi). Müqədəs Təlim bu yalanı ifşa etməyi, bu şəri xalqların, insan-ların həyatından silməyi müqəddəs borc sayır. Hər şeyi maddiyyatla izah etdiyi halda, insanı mülkiyyətdən ayırmaq, torpağı kəndlinin əlindən alıb onu köləyə çevirmək, insan üzərində nəzarət piramidası ucaltmaq, çörəyi yaltaqlıq, alçaltmaq vasitəsinə çevirmək – budur ehkamın insana bəxşişi! Dünyanı yağılıq ideyalarıyla doldurmuşdur ehkam. Cinslər arasında yağılıq, nəsillər arasında yağılıq, sağ - sol yağılığı, siniflər arasında yağılıq, əski - yeni yağılığı – sosial darvinizm... Sadalamaqla qurtarmaz ehkam şərinin insana, insanlığa vurduğu yaralar! Müqəddəs Təlim insanların beynini və qəlbini ehkam zəhərindən təmizləməyi, onu insanilik məlhəmiylə sağaltmağı müqəddəs borc sayır...»
Sonda Safruh düşüncələrini belə ümumiləşdirir: «Beləliklə, Ocağa gələn dost! Bu kitab sənin yığcam biçimdə:
- fəlsəfəndir, dünya görüşünün özəyidir, ürəyidir;
- təlimin, yaşama, düşünmə üsulundur, yolundur, virdin, dinindir! Bu kitab sənin İnamın, İmanın, Quranındır! Onun tələbinə yüksəl!
Müqəddəs Ata Evladı:
Safruh ATALI.
10-cu ilin Köçəri ayı, 11 - ci ilin Günəş ayı.
Atayurd. Bakı.»
«Önsözə əlavə - 22 ildən sonra»-da isə Ocaq Məramı-mətləbi gerçəkləmə addımları ilə təqdim olunur: «Hərdən dostlarımız soruşurlar: bu təlim haqda bütöv bir təsəvvür əldə etmək üçün nəyi oxumalıyıq? İndiyədək biz onlara Atanın ayrı-ayrı kiçik həcmli Əsərlərindən birini verirdik. “Kutsal Öyrəti” (“Müqəddəs Təlim”) toplumuzun nəşri bizə bu tələbi yığcam da olsa, ödəmək imkanı verir. Onun necə başa gəldiyi nəşrdə əksini tapmış Ata Buyuruğundan və Evlad icrasından görünür.
SAFRUH, Mütləqə İnam Ocağının Odqoruyanı.
14 Çiçək 32-il. İnam Evi. (14.04.2010).»
Kitabda «İnsanlaşmaq», «Doğmalarıma», «Ocaq Məramı», «Sabahdaşlara» (I), (II), (III), «Mütləqə İnam», «Kamil İnsan», «Müstəqil Vətən», «Ruhani Cəmiyyət», «Özümlü Şərq» bölümləri yer alıb. «Əlavələr»də Özündəki Mütləqlə səhər, günorta, axşam Təmasları, Ataya səhər, günorta, axşam Ricaları, «Kutsal Onluğ»un adsırası, Ocaq Günsırası, Ocaq-Türk Abesi təqdim olunur.
Ocaqda ideya necə gerçəkləşir? Canlı yaşamın təsdiqiylə. Ocaqçı özünü yaradırsa, ömrüylə ideyalara nəfəs verir. Deməli, o, Ata Sözünü gerçəkləşdirir. Atanın bir neçə Müqəddəs Kitablarının başlanğıcında təqdim olunan «Sabahdaşlara» adlı 3 eyniadlı içsəsinin məzmunu, məqsədi birdir: İnsan zamandan, gerçəklikdən üstündür. Təmas və Ricalar, buradakı tələblərin hər gün qayda ilə deyilməsi və yaşanması, Atanın «Kutsal Onluğ»u, Ocaq Günsırası, Ocaq-Türk əlifbası əsasında yaşamaq insaniliyin təsdiqidir.
Kitabın üz qabığının tərtibatı Yolruh Atalınındır.
Bu kitab Mütləqə İnam Ocağı olaraq xalqımıza və bəşərə təqdim etdiyimiz ilahi-insani sözümüz, harayımızdır!
«Kutsal Öyrəti» niyə yaşarıdır? Ona görə ki, Ata ənənəsi ölmədi. Ona görə ki, Safruh bir kök üstə - Ata Tələbi üstə yaşaya bildi. Bu gün İnam Evimizdə «Kutsal Öyrəti»nin tələbi üstə daha uca haraylar çəkilir. Ata-Evlad birliyi ənənəsi qırılmazdır. Deməli, xalqımız da əbədi var olacaq!
Yazını sonda Safruhun sözü ilə bitirməyi gərəkli saydım: «Beləliklə, “Müqəddəs Təlim” yola çıxır: Ata – Ocaq – Safruh ayrılmazdır! Ata sözü Mütləqdir!»
Ocağımızın Müqəddəs Odu Sönməzdir!
Atamız var olsun!
Işıqlı Atalı
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu