SON XƏBƏRLƏR

İran-Ermənistan arasında neft məhsulları kəməri çəkilir

2021.10.20, 07:36
İran-Ermənistan arasında neft məhsulları kəməri çəkilir

Gunaz.tv

GünAzTv: Rusiyanın "Qazprom" şirkəti İran-Ermənistan neft məhsulları kəmərinin yaradılması layihəsində iştirak etməyi planlaşdırır. 

"APA-Economics"in "RİA Novosti"yə istinadən məlumatına görə bu barədə "Qazprom"un İdarə Heyətinin sədr müavini Valeri Qolubev açıqlama verib. Onun sözlərinə görə kəmərin tikintisilə "Qazprom"un törəmə müəssisəsi olan "Armrosqazprom" məşğul olur. Kəmər İranın Təbriz şəhərindən Ermənistanın Erasx şəhərinə çəkiləcək. Hazırda İran-Ermənistan işçi qrupu kəmərin diametrini müəyyənləşdirir. Kəmərin tikintisi qiymətləndirmə işləri başa çatdıqdan sonra başlayacaq. Kəmərin ilkin qiyməti 200-240 mln. dollar qiymətləndirilir. 2007-ci ildə açılmış İran-Ermənistan qaz kəmərinin infrastrukturundan tikinti zamanı istifadə ediləcək. Bu kəmərin səhmlərinin 45%-i "Armrosqazprom"un 80%-i isə "Qazprom" şirkətinə məxsusdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar