SON XƏBƏRLƏR

Avropa Parlamentində Deputatlar İranın xarici işlər nazirini döymək istədilər – Video Görüntü

2021.10.20, 07:36
Avropa Parlamentində Deputatlar İranın xarici işlər nazirini döymək istədilər – Video Görüntü

Gunaz.tv

GünAzTv: İranın xarici işlər naziri Mənuçehr Mottəki Avropa Parlamentəndə sağçı deputatların etirazları və hücumu ilə üzləşib.

Avropa Parlamentinin xarici işlər komissiyasında çıxış etmək üçün Brüsselə gedən Mənuçehr Mottəki salona girəndə İranda öldürülən bəzi gənclərin o cümlədən Neda Aqasoltanın fotolarını əllərində daşıyan sağçı millət vəkillərinin etirazı ilə qarşılaşıb.

Etiraz edənlərdən biri Mənuçehr Mottəkiyə hücum etmək istəyib. Lakin mühafizəçilər iranlı naziri bu hücumdan qoruya biliblər.

Mənuçehr Mottəkiyə "Sən qatilsən!" deyən millət vəkilləri xarici işlər nazirinin çıxış etdiyi salona buraxılmayıblar.

Mətbuata qapalı keçirilən toplantıda Mənuçehr Mottəki Xarici işlər komissiyası üzvlərinin suallarını cavablandıracaq.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar