SON XƏBƏRLƏR

Obama ilə Ərdoğan İsrailin hücum məsələsini müzakirə ediblər

2021.10.20, 07:36
Obama ilə Ərdoğan İsrailin hücum məsələsini müzakirə ediblər

Gunaz.tv

GünAzTv: Bu məsələ ilə bağlı Toronto keçiriləcək “G-20” toplantısında sizinlə müzakirə aparmaq istəyirəm.  

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Barak Obama arasında 1 saat davam edən telefon danışığı olub. Bu barədə Türkiyənin Nazirlər Kabineti məlumat yayıb.

Tərəflər Qəzzaya humanitar yük aparan gəmilərə İsrailin hücumunu müzakirə ediblər. Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsrailin addımı beynəlxalq hüquq prinsiplərinə tamamilə ziddir, ən qısa müddətdə öldürülən insanların cənazələri, yaralılar Türkiyəyə göndərilməli, saxlanılanlar sərbəst buraxılmalıdır. O qeyd edib ki, İsrailin qarşıdakı günlərdə atacağı addımlar bu dövlətin bölgədəki vəziyyətini müəyyənləşdirmək baxımından əsas olacaq.

Barak Obama isə gəmilərdə həyatını itirən türklər üçün üzüldüyünü söyləyib, onların ailələrinə başsağlığını çatdırmağı xahiş edib. ABŞ prezidenti deyib ki, Türkiyənin həssaslığını anlayır və ABŞ BMT Təhlükəsizlik Şurasının qərarına səs verərək öz mövqeyini ortaya qoyub: “Bu məsələnin beynəlxalq hüquqa və Türkiyənin gözləntilərinə ən uyğun bir şəkildə çözümü üçün ciddi səy göstəririk, göstərməyə də davam edəcəyik. Bölgədə barış üçün ABŞ vıə Türkiyənin bundan sonra da yaxın münasibətdə olacağına inanıram. Bu məsələ ilə bağlı Toronto keçiriləcək “G-20” toplantısında sizinlə üz-üzə, detallı olaraq müzakirə aparmaq istəyirəm”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar