SON XƏBƏRLƏR

Güney Azərbaycanda “Milli Qiyam”-ın 4-cü ildönümü münasibəti ilə CD-lər yayılıb

2021.10.20, 07:36
Güney Azərbaycanda “Milli Qiyam”-ın 4-cü ildönümü münasibəti ilə CD-lər yayılıb

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanın milli fəalları “Milli Qiyam”-ın (22 may – 1 xordad) 4-cü ildönümü ərəfəsində daha bir tədbir həyata keçiriblər.

 

Milli fəallar Təbriz şəhərində çoxsayılı CD-lər ayaymaqla, 2006-cı il may ayı (1385-ci il xordad ayı) hadisələrini, məruz qaldığımız təzyiqləri, şəhidlərimizi və ... bir daha millətimizə xatırladıblar.

 

CD-lərdə “Milli Qiyam” ərəfəsində verdiyimiz şəhidlərin şəkilləri, Mövzu ilə bağlı son günlərdə ANS Telekanalından yayılan proqramı, Eynalı Dağındakı bələdiyyə səsyüksəldicilərinin vasitəsi ilə səsləndirilən milli marşımız və milli mahnıların videosunu görmək mümkündür.

 

CD-lər 2006-ci il may hadisələri (1385-ci il xordad ayı) zamanı canlarını Azərbaycan uğrunda fəda etmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar