Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: May ayının ikinci yarısında baş verən bir sıra hadisələr belə düşünməyə əsas verir ki, beynəlxalq aləm postsovet məkanının ən köhnə probleminin - Dağlıq Qarabağ münaqişəsinin həllində əhəmiyyətli dönüş və bununla da Cənubi Qafqaz regionunda sabitlik yaratmaq zərurətinin qaçılmaz olduğunu artıq başa düşüb. Hərçənd bu həqiqət onlar üçün lap çoxdan, həm də gün kimi aydın idi. Lakin görünür, hamını hərəkətə gətirə biləcək geosiyasi məqam məhz indi yetişib. Özü də mövcud məqam Azərbaycan üçün nə qədər pozitivdirsə, Ermənistan üçün bir o qədər problemlidir. İndiyədək beynəlxalq qurumların və dünyanın aparıcı dövlətlərinin çox zaman problemə laqeyd reaksiyasına, bəzi hallarda isə açıq-aşkar havadarlığına vərdiş etmiş İrəvan hazırda çaşqınlıq hissi keçirir. Ermənistanın özündən bədgümanlığı bu gün ona baha başa gəlir. Bir neçə gün öncə Avropa Parlamentinin Ermənistanı birmənalı şəkildə işğal olunmuş Azərbaycan ərazilərini boşaltmağa çağıran qətnamə qəbul etməsi İrəvan üçün gözlənilməz "sürpriz" və ağır zərbə oldu. Çünki mahiyyət etibarilə bu qətnamə Ermənistanın işğalçı dövlət olduğunu göstərir. Qətnamədə İrəvanın narahatlığına və hiddətinə səbəb olan daha iki məqam isə məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması və Türkiyənin münaqişənin həllində rolunun aktivləşdirilməsini nəzərdə tutan müddəalardır. Bir sözlə, sadalanan hər üç bəndin Azərbaycanın rəsmi mövqeyi olduğunu nəzərə alsaq, Avropa Parlamentinin bu qətnaməsinin ölkəmizin beynəlxalq hüquq normalarına əsaslanan mövqeyinə necə sanballı dəstək olduğunu başa düşmək çətin deyil. Elə buna görə də Ermənistanın xarici işlər və müdafiə nazirləri qətnaməni tənqid etməklə yanaşı, onun heç bir hüquqi qüvvəyə malik olmadığını və yalnız tövsiyə xarakteri daşıdığını bəyan ediblər. Lakin bu onların öz-özlərinə ürək-dirək verməsindən başqa bir şey deyil. Pedantik ardıcıllıqla təhlilə başlasaq, sübuta ehtiyac qalmaz. Əvvəla, nəzərdən qaçırmayaq ki, qətnamənin təşəbbüsçüsü və layihəsini hazırlayan bolqar deputat Yevgeni Kirillov olub. Yəni Ermənistanın "xristian həmrəyliyi"nə ümidləri özünü, ən azı, bu məqamda doğrultmur. Qətnamə, demək olar ki, yekdilliklə qəbul olunub. Hətta ənənəvi ermənipərəst mövqe tutan ölkələrin də parlamentariləri sənədi dəstəkləyiblər. Ermənistana ünvanlanan digər xəbərdarlıq bu regionun Avropa Birliyinin enerji təhlükəsizliyinin təmin olunmasında önəmli əhəmiyyət kəsb etməsi bərədə qətnamədə qeyd olunan xatırlatmadır. Bu məsələdə isə hər şey ilk növbədə Azərbaycanın mövqeyindən asılıdır. Həm enerjidaşıyıcıları istehsalçısı kimi, həm də əlverişli tranzit qovşağı kimi. Rəsmi Bakının müsbət rəyini isə Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində həll etmədən almaq mümkün olmayacaq. Qayıdaq qətnamənin hüquqi gücü məsələsinə. Doğrudur, Avropa Parlamentinin qəbul etdiyi sənədlər tövsiyə xarakteri daşısa da, hüquqi qüvvəyə malik olan qərarlar qəbul edən qurumların mövqeyinə əhəmiyyətli təsir göstərmək iqtidarındadır. İlk növbədə, bu qətnamə BMT-nin indiyədək işğal olunmuş Azərbaycan torpaqlarının boşaldılması barədə qəbul etdiyi 4 qətnaməyə tutarlı əlavədir. Yəqin elə bu səbəbdən, qətnamə qəbul olunandan bir neçə gün sonra, BMT-nin baş katibinin təmsilçisi Valter Kalin dünya ictimaiyyətini Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad olunmasına yardımçı olmağa çağırdı. Nəhayət, ən əsas məqam. Sənədin preambulasında Avropa Parlamenti regionda hərbi xərclərin artmasından narahat olduğunu gizlətmir və bunun son nəticədə hərbi əməliyyatların yenidən qızışacağı ilə nəticələnəcəyindən ehtiyatlanır. Sözsüz ki, parlamentarilər, danışıqlar prosesinin fiaskoya uğrayacağı təqdirdə, beynəlxalq hüquq normalarına əsasən Azərbaycanın belə addım atmağa ixtiyarı olduğunu yaxşı başa düşürlər. Digər tərəfdən onu da bilirlər ki, Azərbaycan öz hərbi qüdrətini yalnız daxili imkanlar hesabına artırır. Hərçənd bunu xoş günündən etmir. Ermənistanın təcavüzkar siyasəti Azərbaycanı vadar edir ki, külli miqdarda vəsaiti məhz hərbi sferaya yönəltsin. Dinc qonşuluq və əmin-amanlıq şəraitində isə həmin pullar minlərlə azərbaycanlının təhsilinə, sağlamlığına və sosial müdafiəsinə xərclənə bilərdi. Lakin əfsuslar. Bu məqamla bağlı Avropa Birliyi Azərbaycana heç bir irad tuta bilməz. Ermənistanla bağlı isə vəziyyət tam başqa cürdür. İqtisadi kollapsla üzləşən Ermənistan bütün dünyadan və beynəlxalq qurumlardan ianə toplamaqla məşğuldur. Özü də min bir fırıldaqla alınan bu vəsaitlərin əksər hissəsi yüksəkvəzifəli məmurlar tərəfindən mənimsənilir və hərbi xərclərə sərf olunur. Avropa Parlamentinin qətnaməsi ondan xəbər verir ki, Qərb indiyədək Ermənistana müxtəlif proqramlar çərçivəsində ayırdığı maliyyə vəsaitlərini kəskin şəkildə azalda və ya tamamilə dayandıra bilər. Bu addımın atıla bilməsi Avropanın hazırda üzləşdiyi dərin iqtisadi böhran şəraitində daha real görünür. Ermənistanın üzləşdiyi daha bir təzyiq Dağlıq Qarabağda separatçı rejimin keçirdiyi "parlament seçkiləri"ni heç bir beynəlxalq qurumun və dövlətin tanımaması şəklində özünü büruzə verdi. Əslində bunun belə olacağı heç bir şübhə doğurmurdu. BMT-nin baş katibi Pan Gi Munun verdiyi bəyanat isə bu məsələdə son nöqtə sayıla bilər. Doğrudur, bəzi ölkələrdən olan siyasətbazlar və muzdla tutulmuş deputatlar həmin "seçkilərdə" bəh-bəhlə iştirak etsələr də, beynəlxalq ictimaiyyətin və dövlətlərin bu barədə açıqladıqları mövqenin mahiyyəti dəyişmir. Bu baxımdan, Rusiya Dövlət Dumasının Konstantin Zatulin başda olmaqla 5 deputatının Dağlıq Qarabağa gəlməsi və Azərbaycanda "persona non-qrata" elan edildikdən sonra orada keçirilən "seçkilər"in tanınması barədə dünya ictimaiyyətinə "müraciət" etməsi özünə bəraət qazandırmaq cəhdindən başqa bir şey deyil. Həmin deputatların həyat və fəaliyyətlərindəki "qara ləkələr" barədə kifayət qədər tutarlı faktlar mövcuddur. Həmin dəlilləri, yəqin ki, tezliklə diqqətinizə çatdıracağıq. İstisna olunmur ki, həmni deputatlar Rusiyanın siyasi imicinə vurduqları zərbə üçün ölkənin siyasi rəhbərliyi tərəfindən "qulaqburması" da alacaqlar. Çünki Moskvanın Cənubi Qafqazda gedən böyük geosiyasi oyunda təşəbbüsə yiyələndiyi anda bu cür addımlar Rusiyanın mövqeyini çox ciddi şəkildə zəiflədir. Təsadüfi deyil ki, bir neçə gün əvvəl Dağlıq Qarabağda keçirilən "seçkilər"i tanımadığını bəyan edən Moskva, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini açıqlayıb. Digər tərəfdən bu günlərdə Moskvaya sabitləşdirmə kreditinin növbəti hissəsi dalınca səfər edən Ermənistanın baş naziri oradan əliboş qayıdıb. Yəni son hadisələr fonunda Rusiya Ermənistanı maliyyələşdirməkdən imtina edib. Başqa cür ola da bilməzdi. Moskva Türkiyə - Rusiya yaxınlaşması zəminində regiondan kənar qüvvələrin sıxışdırılıb-çıxarılmasına çalışır. Bunun üçün ona Bakı və Ankara ilə müttəfiqlik münasibətləri qurmaq isə, regionda güclü dövlətlərin maraqlarını toqquşdurmaqla iqtisadi-siyasi dividentlər qazanmağa və həmin dövlətləri öz qəsbkarlıq siyasətinin quluna çevirməyə çalışan Ermənistanı dəstəkləməkdən qat-qat sərfəlidir. Yəni doğrudanmı, İrəvan Moskvanın belə sadə reallıqları başa düşmədiyinə inanır? Son məlumatlara görə, Moskva hətta Gürcüstanla Abxaziya və Cənubi Osetiya barədə müzakirələr aparmağa da hazırdır. Bəzi KİV-lər bu missiyanın artıq ağırçəkili siyasətçi Yevgeni Primakova həvalə olunduğunu yazırlar. Ehtimal etmək olar ki, Moskva "Avrasiyalılıq" konsepsiyasına söykənərək, çox tezliklə Rusiya - Azərbaycan - Türkiyə - İran - Gürcüstan - Ermənistan - Mərkəzi Asiya mehvərini yaratmaq niyyətindədir ki, bu da Rusiyanın Xəzər və Qara dəniz hövzələrində, Cənubi Qafqaz, Mərkəzi Asiya və Böyük Yaxın Şərqdə geosiyasi müvqeyini qətiyyətli şəkildə möhkəmləndirir. Əslində bu, Moskva üçün yeni ideya deyil və Kremlin rəsmi politoloqu adlandırılan Aleksandr Dugin uzun müddətdir ki, Rusiyanın siyasi rəhbərliyini "Avrasiyalılıq" ideyasını dəstəkləməyə çağırırdı. İndi Türkiyə və Azərbaycanın Rusiya ilə strateji tərəfdaşlığı fonunda həmin ideyanı reallaşdırmaq şansı böyükdür. Belə olan halda Moskva nə üçün yaranmış əlverişli məqamdan imtina etməlidir? Yalnız ona görə ki, Ermənistanın maraqlarınamı xidmət etsin? Özü də o Ermənistanın ki, bütün tarix boyu ona havadarlıq edən Rusiyanı baha qiymətə satmaq üçün son vaxtlar varlı siyasi "tacir"lər və ağalar axtarışındadır. Hələlik, müəyyən mənada, alıcılıq simasında Vaşinqton çıxış etmək niyyətindədir. Lakin bu heç də ermənilərə hədsiz sevgidən yox, ABŞ-ın geosiyasi maraqlarından irəli gəlir. Regionda təşəbbüsün tədricən Türkiyə - Rusiya tandeminin əlinə keçməsindən narahat olan Vaşinqton müxtəlif vasitələrlə Cənubi Qafqazda müvazinətini tarazlamağa çalışır. Məhz bu səbəbdən də təxminən 1 illik fasilədən sonra, nəhayət ki, Ağ Ev Azərbaycana təyin olunacaq səfiri müəyyənləşdirə bildi. Bəzi erməni mənbələrinin verdiyi məlumata görə, hətta ABŞ Dövlət Departamentinin Avropa və Asiya məsələləri üzrə müşaviri Tina Keydenau İrəvana son səfəri zamanı, Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması barədə S.Sarkisyanın qarşısında sərt tələblər qoyub. Doğrudur, Ermənistanın rəsmi KİV-ləri tam fərqli məlumat açıqlamışdılar. Amma öz maraqlarına Cənubi Qafqazda təhlükə yarandığı ən çətin məqamda belə, Vaşinqton bir neçə başlı oyunlardan əl çəkmək niyyətində deyil. Belə ki, ABŞ vəziyyətə heç olmasa müəyyən qədər nəzarət etmək üçün Ermənistanda dövlət çevrilişi ilə nəticələnə biləcək oyunlara başlayıb. Vaşinqton Ermənistanın ilk prezidenti L.Ter-Petrosyanı və keçmiş xarici işlər naziri V.Oskanyanı aktivləşdirib. Digər eks-prezident R.Koçaryan və tanınmış oliqarx - "Çiçəklənən Ermənistan" partiyasının lideri Q.Tsarukyanın da oyuna qoşulacağı istisna deyil. Amma ola bilsin ki, sonuncular Moskvanın iradəsi ilə meydana atılsınlar. Yəni iki güclü dövlət arasında Cənubi Qafqazda gedən oyunların konturları onlar tərəfindən cızılır. Xatirinizdədirsə, 1998-ci ildə münaqişənin mərhələli həllinə razılıq vermiş qərbpərəst L.Ter-Petrosyanı Rusiyanın dəstəyi ilə Koçaryan - Sarkisyan tandemi hakimiyyətdən getməyə məcbur etdi. Çünki o vaxt Cənubi Qafqazı Vaşinqtonun nəzarəti altına verən həmin plan Moskvanın maraqları ilə daban-dabana zidd idi. İndi isə həmin oyunun əksi müşahidə olunur. Lakin çox əhəmiyyətli bir fərq var. Onda ABŞ təkbaşına oyun aparır, hətta starteji müttəfiqi olan Türkiyənin belə maraqları ilə hesablaşmaq istəmirdi. Bu gün isə Moskva belə mürəkkəb oyunlarda Bakı və Ankaranın mövqe və maraqlarının nəzərə alınmasının necə əhəmiyyətli olduğunu yaxşı başa düşür. Elə bu səbəbdən də Kreml artıq İrəvana "yumşaq təzyiqlər" kampaniyasına start verib. Qərb istəsə də, istəməsə də, bu addımları dəstəkləməlidir. Əks təqdirdə oyunu tamamilə uduzmuş olacaq. O ki qaldı Ermənistana "sərt təzyiq"lərin göstərilməsinə, əminəm ki, bu, çox yaxın zamanın reallığıdır. Güman edirəm ki, həmin təzyiqlərin də təşəbbüskarı Moskva olacaq.
Sahil İsgəndərov, politoloq
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu