SON XƏBƏRLƏR

Ayətullah Saneyi: Bu haqsızlıq, böhtan, yalan və təhriflər dövrü başa çatacaq

2021.10.20, 07:36
Ayətullah Saneyi: Bu haqsızlıq, böhtan, yalan və təhriflər dövrü başa çatacaq

Gunaz.tv

GünAzTv: Qum dini dairəsinin nüfuzlu ruhanisi, Əhmədinejad hökumətinin müxalifi ayətullah Yusif Saneyi İran İslam Respublikasının qurucusu ayətullah Xomeyninin vəfatının ildönümü ərəfəsində yeni açıqlama verib.

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə,  saytının məlumatına görə, Xomeyninin əsərlərinin nəşri ilə məşğul olan qurumun üzvləri ilə görüşən ayətullah Saneyi İrandakı islam hakimiyyətində yalan, böhtan və yaltaqlığın geniş vüsət aldığını, dinc müxaliflərə qarşı təzyiq və repressiyaların son həddə çatdığını deyib: “Müxaliflərdən istəyim budur ki, qorxmasınlar və tam ümidlə mübarizəni davam etsinlər. Çünki bu yalan və böhtan dolu əzab-əziyyətli dövr də keçəcək, zalım öz cəzasına çatacaq. Tarixin hərəkəti elədir ki, insafsızlıqlar cavabsız qalmaz. Bunun nəticəsini görəcəksiniz, bir az dözün və ümidvar olun.

Bu haqsızlıqlar, böhtanlar, yalan və təhriflər dövrü başa çatacaq və öz müxaliflərinə qarşı bu üsullardan faydalananlar peşman olaraq axirətdə yox, elə bu dünyada sizin qarşınızda diz çöküb əfv istəyəcəklər. Qorxmayın. Başqalarına da deyin ki, qorxmasınlar. Güman etməyin ki, onlar bu təzyiqləri ilə nəsə edə bilərlər. Allahdan ümid və imanınızı kəsməyin”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar