SON XƏBƏRLƏR

İran yenədə Araza buraxılan suyun həcmini artırdı

2021.10.20, 07:36
İran yenədə Araza buraxılan suyun həcmini artırdı

Gunaz.tv

GünAzTv: Azərbaycanın bölgələrində yaranmış sel və su daşqınlları böhranı dəvam etdiyi bir halda İran yenədə Araza buraxılan suyun həcmini artırıb.

Araz çayının tarixi məcrasına yenidən buraxılan su hazırda Saatlı rayonun ərazisindən keçir. Suyun bir neçə gün ərzində Masallı rayonunun ərazisinə çatacağı bildirilir. Bununla yanaşı, ANS-in təbii fəlakət bölgəsinə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bu gün Kür və Araz çaylarının səviyyəsində də artım müşahidə olunub. Bu barədə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəhbəri Əhməd Əhmədzadə məlumat verib.

Çaylarda suyun artmasına səbəb isə Mingəçevir su anbarından və İranın Xudafərin su anbarından buraxılan suyun miqdarının artırılmasıdır. Kür çayında suyun səviyyəsi 60 santimetr artıb. Azərbaycan hökumətinin İran tərəfi ilə Xudafərin su anbarından suyun buraxılmasına dair razılaşmasının müddəti bu gün başa çatdığından İran tərəfi Araza buraxılan suyun həcmini artırıb.

Qeyd edək ki, Xudafərin su anbarı yeni istifadəyə verildiyindən İran tərəfi anbarda suyun yığılmasına icazə vermirdi. Azərbaycan hökumət komissiyasının səyləri nəticəsində may ayının sonuna qədər anbarda mümkün qədər çox su yığılması barədə razılıq əldə olunmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar