SON XƏBƏRLƏR

Hüseyn Nəsiri həbs dövrünün 3-cü ayına keçir

2021.10.20, 07:36
Hüseyn Nəsiri həbs dövrünün 3-cü ayına keçir

Gunaz.tv

GünAzTv: Sabah iyun ayının 2-də (xordad 12-i) Azərbaycanlı mədəni fəal, ətraf-mühit tərəfdarı cənab Hüseyn Nəsirinin həbs müddətindən 2 ay keçmiş olacaq.

 

Nəsiri 2010-cu il aprel ayının 2-də (1389-cu il fərvərdin ayının 13-ü) Urmu Gölünün qurumasına etiraz əlaməti olaraq, “Urmu Gölü Yığıncağına” qatılıb. Lakin digər yığıncaq iştirakçıları kimi, İran Təhlükəsizlik Qüvvələri tərəfindən hücumlara məruz qalıb və 10-larla soydaşımızla birlikdə dövlətin xüsusi dəstələri tərəfindən yaxalanıb.

 

Məlumata görə, onunla tutuqlananlar hamısı vəsiqə qarşılığında azadlığa buraxılıblar. Ancaq Hüseyn Nəsiri hələdə Təbriz ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsində cismi-ruhi işgəncələr altında saxlanılır.

 

Onun həbs müddətinin 3-cü aya keçdiyi günlərdə, adını çəkdiyimiz mədəni fəalın ailəsinin nigaranlığı getdikcə artmaqdadır. Onlar Nəsirinin cismi və ruhi vəziyyəti haqqında olduqca nigarandırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar