SON XƏBƏRLƏR

Məhkəmə milli-mədəni fəal Ayət Məhəmməd Cəfərinin həbsinə dair hökm çıxardı

2021.10.20, 07:36
Məhkəmə milli-mədəni fəal Ayət Məhəmməd Cəfərinin həbsinə dair hökm çıxardı

Gunaz.tv

GünAzTv: Azərbaycanın daha bir milli-mədəni fəalı həbsə düşdü. Bu dəfə Ayət Məhəmməd Cəfəri Kəleybər məhkəməsi tərəfindən 91 gün həbs cəzasına məhkum edilib və hökmün icrası üçün Əhər şəhərinin zindanına aparılıb.

 

Ayət Məhəmməd Cəfəri 2004-cu il iyul ayının 2-də (1383-cu il tir ayının 12-i) Milli Qəhrəma Babəkin doğumunun İldönümü mərasimində, İran Təhlükəsizlik Qüvvələri tərəfindən yaxalanıb, 10 gün saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında azadlğa buraxılıb.

 

O Babək qalası mərasimində iştirak etməklə, ümumi asayişi pozmaqda ittiham olunub.

 

Adını çəkdiyimiz milli-mədəni fəalın yaxınlarının bildirdiyinə görə, Məhəmməd Cəfəri 2010-cu il may ayının 22-de (1389-cu il xordad ayının 1-i) Kəleybər məhkəməsinə çağrılıb. O  vəkilsiz qapalı keçirilən məhkəmə nəticəsində 91 gün həbs cəzasına məhkum edilib.

 

Məhəmməd Cəfəri həbsə məhkum olduqdan sonra, ona etiraz fürsəti verilməyib və  Əhər şəhərinin zindanına aparılıb. Halbuki İran məhkəmə qanunlarına görə etiraz etmək üçün, məhkuma 20 gün müddətinə fürsət verilməli idi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar