SON XƏBƏRLƏR

Dünya İsraili qınayır

2021.10.20, 07:36
Dünya İsraili qınayır

Gunaz.tv

GünAzTv: İtaliya xarici işlər naziri Franko Frattini Türkiyənin dövlət naziri və AB ilə danışıqlardakı baş müzakirəçisi Egemen Bağışla bu gün Romada bir araya gəlib. Frattini "İsrailin Qəzzaya yardım aparan gəmilərinə hücumu bizi şoka saldı" deyib.

Nazir hücumdan böyük üzüntü duyduqlarını deyib və İsgəndərundakı PKK hücumunu da pisləyib: "Hər iki hücum bizləri şoka salıb".

Fransa xarici işlər naziri Bernadr Kuşner də İsrailin hücumundan dərin şoka düşdüyünü deyib və heç bir arqumnetin bu hücuma haqq qazandıra bilməyəcəyini vurğulayıb.

Kuşner "neçə gündür hər kəs tərəfindən bilinən humanitar yardım cəhdinə bu cür hücumu necə edərlər, ablaya bilmirik" deyib.

Xarici işlər naziri bu drama görə məsuliyyət daşıyanların tapılmasını və cəzalandırılmasını tələb edib.

Almaniya xarici işlər naziri Quido Vestervill isə İsrailin hücumundan ciddi narahatlıq keçirdiklərini vurğulayıb. TRT

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar