SON XƏBƏRLƏR

Futbol üzrə Avropa çempionatının Türkiyədə yox, Fransada keçirilməsi qərarı siyasidir

2021.10.20, 07:36
Futbol üzrə Avropa çempionatının Türkiyədə yox, Fransada keçirilməsi qərarı siyasidir

Gunaz.tv

GünAzTv: Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan futbol üzrə 2016-cı il Avropa çempionatının (AÇ) Fransada keçirilməsi ilə bağlı UEFA-nın qərarına münasibət bildirib. O, UEFA-nın Türkiyəni yox, məhz Fransanı seçməsində UEFA prezidenti Mişel Platininin oynadığı roldan narahat olduğunu deyib.

Ərdoğanın fikrincə, UEFA AÇ-2016-nın keçirilməsi ilə bağlı siyasi qərar qəbul edib: “Bildiyimə görə, Fransa AÇ-nin iki dəfə təşkilatçısı olub, bir dəfə isə dünya çempionatına ev sahibliyi edib. İndi hər şey Fransa üçünmü? Nədir bu cəhd?” Baş nazir bildirib ki, Türkiyə 2016-cı ilədək çempionatın keçirilməsi üçün bütün hazırlıqları başa çatdıracağını vəd etsə də UEFA Türkiyəyə qarşı şübhə ilə yanaşıb: “Bunu olimpiadalarda da etdilər. Olimpiadalarda əsas qayda bundan ibarətdir ki, bir dəfə keçirilən yerə ikinci dəfə təşkilatçılıq verilə bilməz. Türkiyənin AÇ-ni təşkil etməsi çox asan idi. Bunu əngəlləmələrinin səbəbinə gəlincə isə qərar siyasidir. Bunun səbəbini başqa yerdə axtarmaq mənasızdır”. (anspress)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar