SON XƏBƏRLƏR

Amerika rəsmisi: İran Talibanı silahla təmin edir

2021.10.20, 07:36
Amerika rəsmisi: İran Talibanı silahla təmin edir

Gunaz.tv

GünAzTv: General Stanli Makkristal bildirib ki, qonşu olduqlarına görə İranın Əfqanıstanda milli maraqları var.

 

GünAzTv mətbuat mərkəzinin VOA-ya istinadən yaydığı məlumata görə, ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Əfqanıstandakı ali rəsmisi deyir ki, İranın müharibə məqsədləri ilə Talibanı silahla təchiz etməsi və qrupun üzvlərinə təlimlər keçməsinə dair aydın dəlillər var.

 

General Stanli Makkristal Kabildə jurnalistlərə açıqlamasında qonşu olduqlarına görə, İranın Əfqanıstanda milli maraqlarının olduğunu bildirib. O deyib ki, iki ölkə arasında bir çox əlaqələr sağlam olsa da, Talibanı dəstəkləyən fəaliyyətlər yersizdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar