SON XƏBƏRLƏR

Türkiyə ilə Argentina arasında yaşanan diplomatik böhranda erməni lobisinin barmağı var

2021.10.20, 07:36
Türkiyə ilə Argentina arasında yaşanan diplomatik böhranda erməni lobisinin barmağı var

Gunaz.tv

GünAzTv: Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan erməni lobbisinin təzyiqi ilə Buenos Ayresdə Atatürkün büstünün açışılışı mərasimi ləğv edildiyi üçün Argentinaya planlaşdırılan səfərdən son anda imtina edib.

GünAzTv: Türkiyə ilə Argentina arasında diplomatik böhran yaranıb.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan erməni lobbisinin təzyiqi ilə Buenos Ayresdə Atatürkün büstünün açışılışı mərasimi ləğv edildiyi üçün Argentinaya planlaşdırılan səfərdən son anda imtina edib.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Latın Amerikası ölkələrinə səfər çərçivəsində nəzərdə tutulan Argentinaya səfəri son anda ləğv etdi.

Ərdoğanın bu gün Braziliyadan Argentinaya getməsi nəzərdə tutuliurdu.

Ankarada yayılan rəsmi məlumata əsasən, Baş nazirin qərarı Buenos Ayresdə Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün büstünün açılışı mərasiminin səfər proqramından çıxarılması ilə bağlıdır.

Buenos Ayres yerli hökümətinin erməni lobisinin təzyiqləri nətcəsində belə bir qərar qəbul etdiyi bildirilir.

Argentina paytaxtının muxtar hökümətinin qərarı Türkiyə ilə Argentina arasında diplomatik böhran yaradıb.

İki ölkənin xarici işlər nazirlərinin səylərinin ardından Rəcəb Tayyib Ərdoğan Argentina prezidenti Cristina Fernandez De Kirchnerə zəng etdiyi, ancaq nəticənin dəyişmədiyi bildirilir.

Türkiyənin Xarici işlər nazirliyinin rəsmi məlumatında isə bildirilir ki, Atatürkün abidəsi üçün yerli hökümət tərəfindən yazılı şəkildə icazə verilib.

Lakin Türkiyəyə düşmənçilik mövqeyində dayanan erməni dairələrinin səyləri nəticəsində qərar ləğv edilib.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar