SON XƏBƏRLƏR

6 jurnalist və mədəni fəal azadlığa buraxılıb

2021.10.20, 07:36
6 jurnalist və mədəni fəal azadlığa buraxılıb

Gunaz.tv

GünAzTv: Ramin Cabbari (jurnalist), Siyamək Mirzayi (öyrənci-mədəni fəal), Mühəndis Hafiz Sərdarpur, Nadir Əzizi, Mehdi Zeynali və Əlirza Ləşkəri (Xiyav orta məktəblərinin müəllimi) 11 gün saxlanıldıqdan sonra 15000 dollarlıq (15 milyon tümən) mülki vəsiqə qarşılığında Ərdəbil zindanından azadlığa buraxılıblar.

 

Adını çəkdiyimiz milli-mədəni fəallar Parsabad və Xiyav (Müşkinşəhr) şəhərlərində 2010-cu il may ayının 17-də (1389-cu il ordibeheşt ayının 27-i) tutuqlanmışdılar.

 

Onlar əhalini milli qiyamın (22 may) 4-cü ildönümündə etiraz aksiyasına dəvət etməklə,  milli təhlükəsizliyi pozmağa cəhddə ittiham olunurlar. Hazırda onların dosyası Ərdəbilin inqilab məhkəməsində araşdırılır.

 

Əllərində məhkəmə hökmü olmayan məmurlar tərəfindən yaxalnan Milli-mədəni fəallar, saxlanıldıqları müddətdə döyülüb və işgəncəyə məruz qalıblar. Onlar bu müddətdə ailə və vəkilləri ilə görüşmək hüququndan da məhrum olublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar