SON XƏBƏRLƏR

Məhkəmə iclasında 6 öyrənci və mədəni fəalın ittihamlarına baxılıb

2021.10.20, 07:36
Məhkəmə iclasında 6 öyrənci və mədəni fəalın ittihamlarına baxılıb

Gunaz.tv

GünAzTv: Məhkəmə iclasında Azərbaycanlı öyrənci və mədəni fəallar Hadi Murtaza Silab (İsfahanın universitetinin “Dan ulduzu” öyrənci dərgisinin məsulu),  Əli Hüseyn Təhəmtən (musiqiçi), İbrahim Fərəczadə, Rza Əbri, İbrahim Asimani və Məhəmmədrza Yusifinin ittihamlarına baxılıb.

 

Məhkəmə iclası Təbrizin İnqilab Məhkəməsində 2010-cu il may ayının 26-da (xordadın 5-i) keçirilib.

 

Adını çəkdiyimiz fəallar 2009-cu il dekabr ayının 29-da (1388-ci il dey ayının 8-i) tanınmiş milli fəal mərhum Çingiz Bəxtavərin dəfn mərasimində iştirak edərkən tutuqlanıblar. Onlar 52, 76 və 20 gün saxlanıldıqdan sonra, 20 və 30 min dollarlıq (20 və 30 milyon tümənlik) mülki vəsiqə qarşılığında azadlığa buraxılıblar.

 

Adını çəkdiyimiz fəalların ittihamı, milli təhlükəsizliyi pozmaq və milli fəalın dəfn mərasimində iştirak etməklə sistemin əleyhinə təbliğdən ibarətdir. Rza Əbri isə bu ittihamlarla birlikdə həmdə klub saytında üzv olmaqla, pantürkist qrupunun təşkili və idarəçiliyində ittiham olunur.

 

Fəallar həbsdə saxlanıldığı müddətdə öz vəkilləri ilə görüşmək hüququndan məhrum olublar. Onların bəzisi isə ruhi və cismi işgəncələrə məruz qalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar