SON XƏBƏRLƏR

Doktor Lətif Həsənli Təbrizin ETTELAAT idarəsinə köçürülüb

2021.10.20, 07:36
Doktor Lətif Həsənli Təbrizin ETTELAAT idarəsinə köçürülüb

Gunaz.tv

GünAzTv: Kərəcdə öz ata evində tutuqlanan Doktor Lətif Həsənli Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) şöbəsinə köçürülüb.

 

2010-cu il may ayının 24-də (xordadın 3-ü) tutuqlanan Doktor Həsənli öz ailəsi ilə telefon əlaqəsi saxlayaraq köçürüldüyü ilə bağlı məlumat verib. Onun sözlərinə görə, o bir gecə Kərəc şəhərinin ETTELAAT idarəsində saxlanıldıqdan sonra Təbrizin ETTELAAT idarəsinə köçürülüb.

 O ikinci gün hava yolları ilə Təbrizə gətirilib.

 

Həsənli beynəlxalq hüquq üzrə Doktordur. O ali təhsil müəssisələrində və Kərəcin orta məktəblərində dərs deyir. Həsənli son illərdə dəfələrcə Tehran və Kərəc ETTELAATına çağrılıb və sorğu-suala tutulub.

 

Adını çəkdiyimiz milli-mədəni fəal son muxtar (şəhər şurası)  seçkilərində öz namzədliyini Kərəc şəhərindən irəli sürmüşdü. Lakin keşikçilər şurası onun səlahiyyətini rədd edərək namzədlik müraciətinini ləğv etmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar