SON XƏBƏRLƏR

Öyrənci fəalın məhkəmə iclası keçirilib

2021.10.20, 07:36
Öyrənci fəalın məhkəmə iclası keçirilib

Gunaz.tv

GünAzTv: Azərbaycanlı öyrənci fəal, Təbriz azad universitetiNİN  “Arman” öyrənci icması mərkəzi şurasının üzvü cənab Aydın Sərdariniyanın ittihamlarına baxan məhkəmə iclası keçirilib.

 

Məhkəmə iclası Təbrizin İnqilab Məhkəməsinin ikinci şöbəsində, 2010-cu il may ayının 23-də (xordadın 2-i) keçirilib.

 

Adını çəkdiyimiz öyrənci fəal 2008-ci il oktyabr ayının 28-də (1387-ci il aban ayının 7-i) Təbriz zindanının qarşısında, Azadlığa buraxılmış Təbriz universitetinin öyrəncilərini qarşılayarkən yaxalanıb, bir neçə saat sorğu-sualdan sonra azadlığa buraxılmışdı.

 

Sərdariniyanın ittihamı milli təhlükəsizliyi pozmağa cəhd və azadlığa buraxılmış öyrənciləri qarşılamaqla ümumi asayişi pozmaqdan ibarətdir.

 

Təbrizin İnqilab məhkəməsi adını çəkdiyimiz öyrənci fəalın ittihamlarını gözdən keçirib, ümumi asayışı pozmaq ittihamı ilə bağlı məhkəmənin səlahiyyətinin olmamasında dair hökm çıxarıb və dosyanı ümumi məhkəməyə göndərib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar