SON XƏBƏRLƏR

“EUROVİSİON-2010”-da Almaniya 1-ci, Türkiyə 2-ci, Azərbaycan isə 5-ci oldu

2021.10.20, 07:36
“EUROVİSİON-2010”-da Almaniya 1-ci, Türkiyə 2-ci, Azərbaycan isə 5-ci oldu

Gunaz.tv

GünAzTv: Norveçin paytaxtı Osloda keçirilən "Eurovision-2010" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Səfurə Əlizadə 145 xal toplayaraq 5-ci olub.

Qeyd edək ki, müsabiqədən əvvəl Azərbaycan favorit ölkələrdən sayılırdı. Hesab olunurdu ki, məhz Səfurə Əlizadə birinci yeri tutacaq. Bununla belə, Almaniyanın, Türkiyənin, Yunanıstanın, habelə Danimarka və Rımıniyanın təmsilçiləri də birinci yerə iddialı idilər.

Gərgin keçən mübarizənin sonunda bir-birinin ardınca iştirakçı ölkələrini çıxışlarını dəyərləndirən Avropa ölkələrinin səsverməsinin nəticəsinə görə, birinci yer Almaniyaya qismət olub.

Lena Meyerin təmsil etdiyi Almaniya səsvermə zamanı ən yüksək səsi toplayıb.

Təəssüf ki, təmsilçimiz Səfurə Əlizadə ümüdləri doğrultmayıb. Azərbaycan 5-ci, qardaş Türkiyə isə 2-ci yerə çıxıb. Ancaq heç 5-ci yer də pis deyil. Unutmayaq ki, Azərbaycan 39 Avropa ölkəsi ilə mübarizə aparırdı.

 Azərbaycana səs verən ölkələr

Türkiyə- 12Bolqarıstan-12Ukrayna-12Malta-12Kipr-10Rusiya-8Polşa-8Gürcüstan-8İsrail-7Norveç-7Bosna Hersoqaviniya-7Moldova-7İspaniya-7Belarusiya-6Belçika-5İslandiya-4İrlandiya-3Makedoniya-3Danimarka -2Latviya-2İsveçrə-2Yunanıstan-1

Müsabiqədə Azərbaycan 8 xalı Gürcüstana, 10 xalı Ukraynaya, 12 xalı isə Türkiyəyə verdi.

Ümumiyyətlə götürdükdə isə yarışmanın nəticələrini ədalətli saymaq olar - təbii ki, müəyyən bəzi ölkələrin seçimlərindəki aşkar üzgörənlik (yaxın qonşuya, siyasi müttəfiqə ən yüksək xal vermək) nəzərə alınmasa. Onu da qeyd edək ki, hamı kimi biz də həmin üsuldan yararlandıq. Demək, belə də olmalı imiş.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar