SON XƏBƏRLƏR

Xuzistanda əhali ilə hökumətin silahlı qüvvələri arasında ölümlə nəticələnən qarşıdurma olub

2021.10.20, 07:36
Xuzistanda əhali ilə hökumətin silahlı qüvvələri arasında ölümlə nəticələnən qarşıdurma olub

Gunaz.tv

 GünAzTv: “Ələrəbiyyə” telekanalının verdiyi məlumata görə Həmidiyyə şəhərində Tehran hökumətinin silahlı qüvvələri ilə Xuzistan əyalətinin ərəb sakinləri arasında baş verən silahlı qarşıdurma nəticəsində ən azı 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

Xəbərə görə, qarşıdurma mayın 29-da şənbə günü “Xəzrəc” tayfasının əkinçilərinin hökumət qüvvələrinin onların əkin sahələrini müsadirə etmək cəhdlərinə müqavimət göstərmələri nəticəsində baş verib.

Qarşıdurma nəticəsində “SEPAH” qüvvələri tərəfindən 3 ərəbin öldürüldüyü bir neçə hökumət məmurunun isə yaralandığı bildirilir.

Hökumət qüvvələrinin müsadirə etmək istədikləri əkin sahələri Şah rejimi dönəmində Xuzistana əyalətinə köçürülmüş qeyri ərəblərə verilmişdi. 1979-cu il inqilabından sonra onlar əyaləti tərk etdikləri üçün həmin sahələrdən yerli ərəblər istifadə edirdilər.

Əhalisinin çoxunluğunun ərəb olduğu Xuzistan, ölkədə torpaqları “Xalisə ərazi” elan edilmiş yeganə əyalətdir. “Xalisə ərazi” o torpaqlara deyilirki onun mülkiyyəti tamamilə dövlətə məxsusdur.

Rza şah dövründə Xuzistan ərəblərinin hakimi Şeyx Xəzəlin süqutundan sonra bu əyalətin torpaqları tamamilə dövlət malikiyyətinə keçirilib. “Bütöv Azərbaycan Birliyi”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar