SON XƏBƏRLƏR

Azərbaycanlı jurnalist-yazıçı, milli-mədəni fəal həbs olunub

2021.10.20, 07:36
Azərbaycanlı jurnalist-yazıçı, milli-mədəni fəal həbs olunub

Gunaz.tv

GünAzTv:  Azərbaycanlı jurnalist, yazıçı və tanınmış milli-mədəni fəal cənab Əkbər Azad həbs edilib. O 2010—cu il may ayının 25-də (xordadın 4-ü) öz şəxsi mənzilində tutuqlanıb.

 

Təhlükəsizlik məmurları cənab Azadın evinə gedib, onu yaxaladıqdan sonra evdə axtarış aparıb və ona aid Kompüter, Kitablar və bir sıra şəxsi əşyaları özləri ilə aparıblar.

 

Azərbaycanlı tanınmış fəalın ailə üzvləri keçən günlərdə Tehranın Təhlükəsizlik Məhkəməsinə müraciət edərək, adını çəkdiyimiz milli-mədəni fəalın tutuqlanma səbəbi və ittihamı ilə bağlı məlumat əldə etmək istəyiblər. lakin səlahiyyətli məsullar onların məhkəməyə daxil olmasına icazə verməyib və milli-mədəni fəalın tutuqlanma məsuliyyətini qəbul etməyiblər.

 

Cənab Əkbər Azad saxlanıldığı müddətdə, ailəsi ilə hər hansi bir əlaqə qurmayıb. Buda onun ailə üzvlərinin nigaranlığına səbəb olub.

 

Xatırladaq ki, Əkbər Azad “Dil və mədəniyyət ocağı”-nın qurucu heyətinin üzvü, “Varlıq” və “Yarpaq” dərgilərinin yazarıdır. O keçmiş illərdədə həbs olunub, haqqında həbs cəzası hökmü çıxarılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar