SON XƏBƏRLƏR

Milli fəalları ETTELAAT-ın Təbriz bölməsinə yığırlar

2021.10.20, 07:36
Milli fəalları ETTELAAT-ın Təbriz bölməsinə yığırlar

Gunaz.tv

GünAzTv: 22 may hadisələrinin 4-cü ildönümü ərəfəsində Həbslər Təbriz, Sulduz, Moğan və digər şəhərlərdə həyata keçirilib. Ancaq tutulanların hamısı xüsusi xidmət orqanının Təbrizdəki bölməsində saxlanılır. GünAzTv: İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sözçüsü Yaşar Həkkəkpur deyir ki, İranda 22 may hadisələrinin - Azərbaycanlıların kütləvi etiraz aksiyalarının ildönümü ilə bağlı bu günə qədər ən azı 31 milli fəal həbs olunub. Onlardan 17-si girov müqabilində məhkəməyə qədər həbsdən azad olub. 14 nəfərsə hələ həbsdə saxlanılır. Həbslər Təbriz, Sulduz, Moğan və digər şəhərlərdə həyata keçirilib. Ancaq tutulanların hamısı xüsusi xidmət orqanının Təbrizdəki bölməsində saxlanılır.

Saxlananların vəziyyəti barədə ailələrinə heç bir məlumat verilmir, hansı ittiham üzrə həbs olunduqları da açıqlanmır. Həbs olunanların əksəriyyəti müəllim, mətbuat işçisi və tələbələrdir.«İRAN HAKİMİYYƏTİNİN ƏZMƏK SİYASƏTİ UĞURSUZDUR»Yaşar Həkkəkpur deyir ki, neçə illərdir İranda dil, milli kimlik sahəsində çalışan fəallar zindana atılır. Lakin İran hakimiyyətinin dilini, kimliyini tələb edənlərə qarşı repressiv siyasəti uğursuzdur: «Hakimiyyət indiyəcən bir toplumun insani istəklərinin qarşısını həbslə, işgəncə ilə ala bilməyib. İllər boyu Azərbaycanın mədəni və tanınmış fəalları çalışırdılar və istəklərini Babək qalasında, Səttərxan mərasimində, 21 Azər mərasimində və zaman-zaman başqa mərasimlərdə mədəni şəkildə bildirirdilər. O zamanlar idi ki, bu, təkcə ziyalıların arasında idi. Ancaq indi bu istək kütlənin, millətin arasına girib. Bunun nəticəsidir ki, «Traxtorsazi»nin futbol oyunlarında şahidi olduq ki, 100 min nəfər çıxır qışqırır: «Yaşasın Azərbaycan!», «Türk dilində mədrəsə!». Bu göstərir ki, İran hakimiyyətinin fəalları tutmaqda, əzməkdə siyasəti uğursuzdur».2006-cı il mayın 22-də İranın rəsmi qəzetində çıxan məqalədə türk vətəndaşlar tarakana bənzədilmişdi. Bu təhqirə etiraz olaraq ölkənin bir çox şəhərlərində azərbaycanlılar parklara, xiyabanlara çıxaraq aksiyalar keçirmişdilər. Bu hadisələrdə onlarla azərbaycanlı həlak olmuş, minlərlə insan yaralanmış və həbs edilmişdi. Azadlıq radiosu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar