SON XƏBƏRLƏR

Bölgədə siyasi proseslər Azərbaycanın xeyirinə dəyişir

2021.10.20, 07:36
Bölgədə siyasi proseslər Azərbaycanın xeyirinə dəyişir

Gunaz.tv

GünAzTv: Cənubi Qafqaz regionunda siyasi meyllər dəyişir. Nüvə məsələsinə görə Rusiya və İran arasında soyuqluğun yaranması, digər tərəfdən sözügedən məsələdə Türkiyə və İran arasında yaxınlaşma Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə də təsir edir. Rəsmi Tehranın Azərbaycanın işğal olunmuş torpaqlarının qaytarılması barədə qəti mövqey sərgiləməsi İrəvanı narahat etməyə başlayıb. Ermənistan tərəfi iranla sərhəddə NATO qüvvələrinin yerləşdirməsinin mümkünlüyü barədə İranı xəbərdar edib. Ermənistanın Siyasətşünaslar İttifaqının sədri Amayak Ovannisyan hesab edir ki, regiondakı Türkiyə-Azərbaycan qardaşlığı İranın mövqeyini dəyişməyə məcbur edir. Onun fikrincə burada əsas önə çıxan məsələ rəsmi Ankara və Bakının işğal olunmuş torpaqlarda beynəlxalq sülhməramlı qüvvələrinin yerləşdirilməsinə qarşı olmasıdır. Amerika hərbiçilərinin öz sərhədində olmasını qəti arzu etməyən İran məhs bu səbəbdən işğal olunmuş torpaqların qaytarılmasını tələb edib. Ovannisyan regionda siyasi dəyişikliyin baş verməsi şəraitində hərbi əməliyyatların bərpası təhlükəsinin artdığını bildirib. O, Qərbin müharibənin başlamasına yol verməmək adı altında sülhməramlı qüvvələrin İranla sərhəddə yerləşdirmək arzusunda olduğunu söyləyib. Digər tərəfdən önəmli bir məsələ rusiyanın regiondakı mövqeyinin zəifləməsidir. Nüvə məsələsində mövqeyi dəyişməsi Rusiyanın elə də işinə yaramadı. İran kimi əsas əməkdaşını itirmək təhlükəsi və nüvə məsələsinin nəzarət təşəbbüsünün Türkiyəyə keçməsi Rusiyanı arxa plana salıb. Ovannisyan hesab edir ki, İranın Dağlıq Qarbağ problemində bu cür mövqe tutmasında başlıca səbəb Rusiyanın nüvə məsələsindəki mövqeinin dəyişməsidir. Analitikin fikrincə NATO qüvvələrinin sərhəddə yerləşdirilməsinə İrəvanın razı olması Tehranın mövqeyinə təsir edən amillərdəndir. Nato qüvvələrinin Dağlıq Qarabağda yerləşdirilməsi Rusiyanın da maraqları çərçivəsində deyil. Bu halın baş verəcəyi tədbirdə Moskvanın Cənubi Qafqaz ümidləri puça çıxacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar