SON XƏBƏRLƏR

Milli-mədəni fəalın bacısı: Onlar öz kölgələrindən qorxurlar

2021.10.20, 07:36
Milli-mədəni fəalın bacısı: Onlar öz kölgələrindən qorxurlar

Gunaz.tv

GünAzTv: Azərbaycanlıların kütləvi etiraz aksiyalarının ildönümü ilə əlaqədar azı 31 milli fəal həbs olunub.

 

«Onlar öz kölgələrindən qorxurlar. Bir kiçik hüquqdur ki, insanlara verə bilərlər, bu kiçik hüququ əvvəlcədən insanlara versəydilər, indi bu dərəcəyə çatmazdı». GünAzTv mətbuat mərkəzinin “Azadlıq radiosu”-na istinadən yaydığı məlumata görə, Bunu İranda Azərbaycan dili və milli kimlik uğrunda mübarizə aparan və mayın 23-də İranın Kəşfiyyat İşləri üzrə Nazirliyinin əməkdaşları tərəfindən həbs olunan milli fəal Lətif Həsənlinin bacısı Elnaz Həsənli deyir.Deyir, İran hökuməti azərbaycanlılara ana dili və milli kimlik hüququ verməkdənsə, hər gün bu amala görə çalışan onlarla azərbaycanlını zindanlara atır. Elnaz Həsənli danışır ki, qardaşı Lətif Həsənli beynəlxalq hüquq doktorudur, Kərəc universitetində və mədrəsəsində dərs deyirmiş. Ötən həftə İranda 22 may hadisələrinin - azərbaycanlıların kütləvi etiraz aksiyalarının ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edib. Ertəsi gün onu küçədə saxlayıblar. Özü ilə birlikdə evinə gələn ETTELAAT əməkdaşları axtarış apararaq kompüterini və başqa əşyalarını götürüblər. Həmin gündən Lətif bəy Kərəc şəhərindən xüsusi xidmət orqanının Təbriz bölməsinə aparılıb. Bacısı deyir ki, ona qarşı rəsmi ittihamların irəli sürülüb-sürülməməsi barədə məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar