SON XƏBƏRLƏR

Hindistanda iki qatarın toqquşması nəticəsində çoxlu ölü və yaralı var

2021.10.20, 07:36
Hindistanda iki qatarın toqquşması nəticəsində çoxlu ölü və yaralı var

Gunaz.tv

GünAzTv: Hindistanın şərqində  səhər saatlarında  baş verən  ağır  dəmiryolu qəzasında 65 nəfər həlak olub, 200 nəfər isə, xəsarət alıb.

Ölənlərin sayının artacağı istisna deyil. Kəllküttədən Mumbaya gedən qatarın yolunda partlayış baş verib. Nəticədə qatarın 13 vaqonu relsdən  çıxıb. Bu vaxt digər yolla sürətlə hərəkət edən yük qatarı isə, sərnişin qatarına çırpılıb. Qeyd edək ki, hadisənin baş verdiyi Qərbi Benqaliya ştatında Maoist qruplaşması fəlaiyyət göstərir. Dəmiryolu partlayışının da  məhz həmin qruplaşmanın üzvləri tərəfindən həyata keçirildiyi ehtimal edilir. 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar