SON XƏBƏRLƏR

Sarkisyan Avropada «yazıq» görkəmlə çıxış edib

2021.10.20, 07:36
Sarkisyan Avropada «yazıq» görkəmlə çıxış edib

Gunaz.tv

GünAzTv: Ermənistan prezidenti Serj Sarkisyan Brussel səfərinin son günüdə də əsil mahiyyətini gizlədə bilməyib. Onun keçirdiyi görüşlərdə müzakirə olunmuş məsələlər sırasında Dağlıq Qarabağ münaqişəsi və erməni-türk münasibətlərinin normalaşması prosesi də olub. Avropa İttifaqının Cənubi Qafqazda sabitliyin bərpa olunmasında marağı var. Bu bəyanatı qurumun prezidenti Herman Van Rompey səsləndirib. Ermənistan rəhbəri ilə görüşdə Van Rompey Şərqi Tərəfdaşlq Proqramının sabitliyinin təmin olunması istiqamətində mühüm alət olduğunu deyib. Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həllinə tərəfdar olduqların deyən Avropa İttifaqı prezidenti bu problemin həllini tapmayacağı təqdirdə regionda təhlükəsizliyin təmin olunmayacağını deyib. Erməni-türk münasibətlərinin normalaşması məsələsinə də toxunan Van Rompey tərəfləri prosesi davam etdirməyə çağırıb. O, bu prosesin müəyyən vaxt ərzində şərtsiz aparlımasının önəmini vurğulayıb. Serj Sarkisyan burda da xarakterində olan riyakarlığı gizlədə bilməyib. O Avropada bağlı sərhədlərin olmaması təklifini irəli sürüb. Dağlıq Qarabağ münaqişəsinə də toxunan Ermənistan prezidenti problemin yalnız güc tətbiq etmədən dinc yolla həll edilə biləcəyini bəyan edib. Sarqisiyan sonra yazıq görkəm alaraq Dağlıq Qarabağın ermənilər tərəfindən başlanılmadığını deyib. Dağlıq Qarabğ münaqişəsinin həlli və erməni-türk münasibətlərinin normalaşdırılması prosesi Sarkisyan və Avropa İttifaqının xarici işlər naziri Ketrin Eşton arasında baş tutan görüşdə də müzakirə edilib. Belçikadakı erməni diasporasıyla görüşdə Sarqsyan Azərbaycanda ermənifonbiyanın metalitetə çevrildiyini bildirib. Erməniləri humanist xalq kimi qələmə verən Sarqsyan qeyri-insani keyfiyyətlərin qəbuledilməz olduğunu söyləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar