SON XƏBƏRLƏR

Aydın Xacei həbsinin ikinci həftəsini yaşayır

2021.10.20, 07:36
Aydın Xacei həbsinin ikinci həftəsini yaşayır

Gunaz.tv

GünAzTv: Təbrizli öyrənci fəal cənab Aydın Xacei artıq həbs dövrünün ikinci həftəsinə keçib.

 

Məhkəmə və təhlükəsizlik məsulları Aydın Xaceinin tutuqlanmasının səbəbi və necə saxlanılması ilə bağlı heç bir məlumat vermirlər. Onun müstəntiqi Haşimzadə “Xaceinin ittihamı təhlükəsizlik məsələləri ilə bağlıdır” deməklə, kifayətlənib.

 

Adını çəkdiyimiz öyrənci fəal ikinci telefon bağlantısında anası və digər ailə üzvləri ilə danışmağa nail ola bilməyib. onun telefon bağlantısı bir neçə saniyyədən sonra kəsilib.

 

Qeyd edək ki, Aydın Xacei hazırda məhkum edilmiş iki illik şərti həbs cəzasının dönəmini yaşamaqdadır. Haşımzadə onun saxlanacaq müddətinin çox olacağınıda bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar