SON XƏBƏRLƏR

İranda ən çox təqib olunanlar insan haqlarını qoruyanlardır – Audio Səs

2021.10.20, 07:36
İranda ən çox təqib olunanlar insan haqlarını qoruyanlardır – Audio Səs

Gunaz.tv

GünAzTv: İranda 22 may hadisələrinin - Azərbaycanlıların kütləvi etiraz aksiyalarının ildönümü ilə bağlı ötən 10 gün ərzində azı 30-a yaxın azərbaycanlı həbs olunub. Bu barədə BBC İrandakı Azərbaycanlı siyasi məhbusları müdafiə assosiasiyasına istinadən xəbər yayıb.

 

Məlumatda deyilir ki, son həbslərdən biri mayın 26-da baş verib. "Azərbaycan qadın hərəkatı fəallarından olan Həmidə Fərəczadə hökumətin təhlükəsizlik xidmətinin Urmu şəhərindəki yerli bölməsinin əməkdaşları tərəfindən həbs edilib".

Təşkilatın nümayəndəsi Yaşar Hakkakpur Türkiyədə yaşayır. O, BBC Azərbaycan xidmətinə müsahibədə həbslər və İran azərbaycanlılarının hansı hüquqları tələb etdikləri barədə danışıb:

Onun müsahibəsindən əsas məqamlar:

- İranda insan haqlarını qoruyanlar ən çox təqib olunanlardır.

- Heç kəs rahat həyatdan öz doğma ölkəsini tərk etməz.

- Azərbaycanlı fəallar, yalnız dil və mədəniyyət muxtariyyatı üçün yox, həm də iqtisadi bərabərlik üçün mübarizə aparırlar.

 

Dinləyin:

http://www.bbc.co.uk/mediaselector/check/azeri/meta/dps/2010/05/100527_iranian_azeri?size=au&bgc=003399〈=az&nbram=1&nbwm=1&bbram=1&bbwm=1#

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar