SON XƏBƏRLƏR

Azərbaycan "Eurovision"un finalına vəsiqə qazandı

2021.10.20, 07:36
Azərbaycan "Eurovision"un finalına vəsiqə qazandı

Gunaz.tv

GünAzTv: Dünən 55-ci “Eurovision” müsabiqəsinin Osloda “Telenor Arena” mərkəzində II yarımfinalı keçirildi. Bakı vaxtı ilə saat 23:15-dən etibarən bu möhtəşəm musiqi müsabiqəsinin II yarımfinalını İTV canlı yayımladı.

GünAzTv mətbuat mərkəzinin “musavat”-a istinadən yaydığı məlumata görə,  Bu yarımfinalda Azərbaycan, Türkiyə, Ukrayna, Danimarka, İsrail, Litva, İsveç, İsveçrə, Gürcüstan, Bolqarıstan, Xorvatiya, Kipr, İrlandiya, Niderland, Rumıniya, Ermənistan və Sloveniya finala çıxmaq uğrunda mübarizə apardılar.

Ekspertlərin rəyinə görə, müsabiqənin ən güclü mahnıları məhz II yarımfinalın payına düşüb və bu mərhələdə Azərbaycan, Türkiyə, İsrail, Ermənistan, Danimarka, Xorvatiya, Rumıniya, İsveç, Gürcüstan və Ukraynanın finala vəsiqə qazanmaq imkanı daha yüksək qiymətləndirilib. Həqiqətən də azərbaycanlı təmsilçimiz Səfurə Əlizadə yüksək ifa və diqqətçəkən performans nümayiş etdirdi və Azərbaycan finala keçid aldı. Qeyd edək ki, bu yarımfinalda Azərbaycan təmsilçisini xaricdə yaşayan həmyerlilərimiz dəstəklədilər. Hazırda ölkə xaricində olan “Neftçi”nin üzvləri də Səfurəyə dəstək olmaq üçün xüsusi kampaniya hazırladıqlarını öncədən bəyan etdilər. S.Əlizadə 7 nömrəsi altında çıxış etdi. Müsabiqədən öncə yüksək ovqatda olan gənc ifaçı bu yarışmadan Azərbaycana qalib qayıdacağına əminliyini bildirib. Qeyd edək ki, Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və “Eurovision-2009"-un qalibi Norveç mayın 29-da keçiriləcək final mərhələsində birbaşa iştirak etmək hüququna malikdirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar