SON XƏBƏRLƏR

Amerikanın Səsi: İranda 20-dən çox azərbaycanlı saxlanılıb

2021.10.20, 07:36
Amerikanın Səsi: İranda 20-dən çox azərbaycanlı saxlanılıb

Gunaz.tv

GünAzTv: Azərbaycanlı fəallar həbslərin karikatura qalmaqalı ilə başlayan may hadisələrinin dördüncü il dönümü ilə bağlı olduğunu deyirlər.

İranda May hadisələrinin il dönümündə, iyirmidən çox siyasi və mədəni fəaal tutulub. İran Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Təşkilatı, İranın Fars və Türk xəbər sitələrinin yaydıqları,  o cümlədən, HARANA xəbər agentliyi, Əsri Növ və Savalan Səsinin təstiqlədikləri  xəbərlərə görə İran Azərbaycanında,  May   hadisələrinin 4-cü il dönümünə təsadüf edən günlərdə ən azı 25 siyasi və mədəni fəal tutulublar. Həmin xəbərə əsasən, tutulanlar Təbriz, Urmu, Ərdəbil, Rəşt, Meşkin Şəhər, Germi,  Muğan, Nəqədeh, Sufyan, Makı, Həmədan və Kərəc kimi şəhərlərdə yaşayan azərbaycanlılardır.

Tutulananlardan; Mustafa Cəmşidi, Abbas Lisani, Əsgər Əkbərzadə, Vəli Azəriyun, Kərim Fəthipur, Məhnaz xanım Kərimi, Məsud Hüseynzadə və Hadi Əkbəri dindiriləndən  sonra  buraxılıblar. Amma Dr. Əlirza Abdullahi, Dr. Lətif Həsəni, Hafiz Sərdarpur, Şəhram Radmehr, Həmidə xanım Fərəczadə, Ramin Cəbbari, Ayət Mehrəlibəğlı, Nadir Əzizi, Mehdi Zeynali, Məhəmməd Fərəciyan, Siyamək Mirzəyi, Aydin Xaceyi, İrza Əbdi, Əlirza Hüseynzadə, Bəhmən Nəsirzadə, Əhməd Aqayı və Behbud Quluzadə hələ də həbsdədirlər. Xəbərlərdə bu da qeyd edilir ki, məmurlar, yuxarıda adları çəkilən müxtəlif şəhərlərdə, tutulanların evlərinə, basqın edib və onların şəxsi əşyalarını, kampyuterlərini, kitablarını, əl yazılarını, dərgilərini və bir sıra ayrı əşyalarını, əmniyyət idarələrinə aparıblar.  Xəbərlərdə deyilir ki, tutulanların siyahısına qəzetəçi, şair, həkim və xəstəxana işçiləri də daxildir.

Yuxarıda adı çəkilən mənbələrin məlumatlarında ələvə olunur ki, tutulanların bir çoxuna qarşı ittihamlar, onların  harda saxlanmaları, həbsdəki durumları, məlum deyil. Onların  çoxu, bir nəfərlik hücrələrdə( kameralarda) saxlanır, vəkillərinin iştirakı olmadan sorğu-sual edilirlər.

Məlum olduğu kimi  2006-cı il May ayında (Xurdat ayı) "İran" gündəliyi  türkləri  təhqir  edən karikaturalar çap etmişdi. İran türkləri  isə buna etiraz olaraq, həmin vaxtda günlərlə xiyabanlarda etiraz nümayişləri keçirdilər. Bu nümayişlər zamanı həyatını itirənlər və yaralananlar oldu və yüzlərlə insane nəzarət altına alındı. O zamandan bəri, hər il, eyni vaxtlarda İranın türklər  olan şəhərlərinin bəzilərində etiraz nümayişləri keçirilir. Hər il bu vaxtlarda  təhlükəsizlik qüvvələri  il dönümü münasibəti ilə  keçirilməsi güman olunan nümayişlərin qarşısını almaq üçün  bəzi fəalları təhlükəsizlik idarələrinə çağırır  sorğu-sual edir, bəzi fəalları isə  nəzarət altına alır. VOA

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar