SON XƏBƏRLƏR

Ankarada Andres Herkel Məhəmməd Əmin Rəsulzadənin qəbrini ziyarət edib

2021.10.20, 07:36
Ankarada Andres Herkel Məhəmməd Əmin Rəsulzadənin qəbrini ziyarət edib

Gunaz.tv

GünAzTv: AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi, estoniyalı deputat Andres Herkel mayın 27-də Ankarada Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məmməd Əmin Rəsulzadənin qəbrini ziyarət edib.

Herkel Estoniyanın parlament nümayəndə heyətinin tərkibində Ankarada səfərdədir. O, “Turan” agentliyinin müxbiri ilə söhbətində bildirib: “Mayın 28-də Azərbaycanda Respublika Gününün qeyd edildiyini nəzərə alaraq, fürsətdən istifadə edib, 92 il əvvəlki demokratik respublikanın yaradılmasında mühüm rol oynamış Məmməd Əmin Rəsulzadənin qəbrini ziyarət etdim”.

Herkellə birlikdə daha üç estoniyalı deputat və Estoniyanın Türkiyədəki səfiri Məmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib. “Öz həmkarlarıma Azərbaycan dövlətçiliyinin yaradılmasında Məmməd Əmin Rəsulzadənin rolundan danışdım” deyə Herkel “Turan”a açıqlamasında bildirib.

Bununla belə, həmməruzəçi Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərini yerinə yetirməsinə dair məruzə ilə bağlı ətraflı şərh verməkdən yayınıb. O qeyd edib ki, AŞPA Monitorinq Komitəsinin iclasında məruzə ümumilikdə dəstəklənib, amma məruzəyə düzəlişlər komitənin sessiya ərəfəsindəki iclasında müzakirə olunacaq. Andres Herkel bir daha jurnalist Eynulla Fətullayev və bloqçular Emin Milli ilə Adnan Hacızadənin azad edilməsi zərurətini vurğulayıb. Onun fikrincə, bu, Azərbaycanın nüfuzunun yaxşılaşmasına şərait yaradardı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar