SON XƏBƏRLƏR

Prezident Gül Nazarbayevlə birlikdə türk dünyasına birlik mesajı verib

2021.10.20, 07:36
Prezident Gül Nazarbayevlə birlikdə türk dünyasına birlik mesajı verib

Gunaz.tv

GünAzTv: Türkiyə prezidenti Abdulla Gül Qazaxıstanda səfəridədir. Prezident səfərinin son günündə Qazaxıstan parlamentində çıxış edib. Bu barədə Lent.az trt.net.tr saytının Azərbaycan versiyasına istinadən məlumat yayıb.Abdulla Gül Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə birlikdə türk dünyasına birlik və bərabərlik mesajı verib. Prezident çıxışında Qırğızıstanda yaşanan olaylara da toxunub. O, Qırğızıstanda yaşanan olayların Türkiyəni dərindən üzdüyünü deyib və Nazarbayevlə birlikdə bütün çətin günlərində qırğız xalqının yanında olacağını deyib. Kıbrıs problemini də gündəmə gətirən Abdulla Gül türk tərəfinin problemin həllinə hazır olduğunu, türk dünyasının Kıbrıs türklərinin haqqına və hüququna sahib çıxmasının vacibliyini vurğulayıb. Abdulla Gül çıxışını Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün 10-cu il nitqindəki bu sözlərlə bitirib: "Əsla şübhəm yoxdur ki, Türklərin unudulmuş böyük mədəni vəsfi və böyük mədəni qabiliyyəti bundan sonrakı inkişafıyla gələcəyin yüksək mədəniyyət üfüqündə yeni bir günəş kimi doğacaq". Parlamentdəki çıxışdan sonra prezidentlər beynəlxalq silah sistemləri və hərbi avadanlıqlar sərgisinə baş çəkiblər. Burada Qazaxıstan ordusu, Prezidentin Mühafizə xidməti, komandolar və xüsusi təyinatlılar özəl təlimlərini nümayiş etdiriblər. Prezident Gül daha sonra Astanada yenə tikilən Türkiyə səfirliyinin binasının açılışını edib və səfirlikdəki Türkiyə Bayrağını qaldırıb. Gül və onu müşayiət edən heyət Astanadakı Yaşıl Çayın sahilində olan Atatürk abidəsinə əklil qoyublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar