Yəmənin mühüm limanının fəaliyyəti husilərin hücumları nəticəsində dayandı
Qətər üç iranlı pilotun əsir götürülməsi iddiasını rədd etdi
ABŞ Dövlət Departamenti Konqresə Azərbaycana dair 907-ci düzəlişlə bağlı bildiriş göndərib
Hizbullah atəşkəsi pozdu: İsrail cavab verdi
Hizbullahın yüksək rütbəli komandiri öldürüldü
İlon Mask siyasətə 100 milyon dollarlıq çeklə qayıdır
İrana 700 ton ABŞ düyüsü idxal edilib
ADNOC tankerinə hücum | BƏƏ: İran məsuldur
Üç iranlı pilot Qətərdə əsir saxlanılır
İran Kəşfiyyat Nazirliyi “Termit” adlı layihə barədə məlumat verdi
Urmiya gölünün sahəsi 2487 kvadrat kilometrə çatıb
Bir həftədən az müddətdə Hörmüz boğazında üçüncü BƏƏ gəmisinə hücum edilib
Qeşm adası neft çirklənməsinə məruz qaldı
İranda qaz tarazsızlığı böyük böhrana doğru gedir
İranda müharibə zamanı 500-dən çox telekommunikasiya obyekti vurulub
Təbrizli rejissor Babək Xurrəmdinə görə qınanıldı
SEPAH rəhbəri: İran müharibəsi qlobal İslam hakimiyyətinə doğru bir addım idi
Ərdəbildə üç məhbus edam edildi
Güney azərbaycanlı qadın atlet Asiya çempionu oldu
"Traktor" yeni mövsümdə ilk qələbəsini qazandı
Ağ Ev: Tramp Hörmüz boğazını ABŞ ərazisi elan etmək barədə zarafat edib
Tramp: ABŞ NATO müttəfiqlərinin İranla münaqişədə kömək etmədiyini unutmur
Təbrizdə iş qəzası- Ölənlər var
Tramp: İran hücum edərsə, ABŞ-ın cavabı yüz dəfə güclü olacaq
Əraqçi: İran və ABŞ arasında heç bir atəşkəs razılaşması olmayıb
İranda daha bir etirazçı edama məhkum edildi
Hörmüzü ABŞ ərazisi elan edəcəyəm - Tramp
Əhvaz imam-cüməsi: “Bizim nüvə enerjimiz heç bir ölkəyə dəxli yoxdur”
Müharibə silahlarının hissələri Türkiyə sahillərinə çıxıb (Video)
Kanada İranın yeni Baş Qərargah rəisi sanksiyaya məruz qoydu
İranda həbsdə olan qadının həyatının acı sonu
İran infrastruktur müharibəsi başlayacağı təqdirdə nüvə silahına yönələ bilər, din xadimi xəbərdarlıq edib
İran müəllimləri: Təzyiq və repressiyalar dayandırılsın
İranın neft borcu 127 milyard dolları keçib
Ettelaat Sistan və Bəlucistanda əməliyyat keçirib- Ölənlər var
Ermənistanda İranın “Majid” HHM sistemləri nümayiş etdirilib
İraq səmsında İran PUA-ları vuruldu
Səudiyyə Ərəbistanı da İranı qınadı
Hörmüz boğazında daha bir tankerin dronla vurulduğu bildirilir
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
Məşhəddə təbrizlilərlə yəzdlilər arasında qarşıdurma olub
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
GünAzTv: İranda Azərbaycanlı Siyasi Məhbusların Haqlarını Müdafiə Komitəsi (ADAPP) azərbaycanlıların etiraz aksiyalarının dördüncü ildönümündə mədəni fəalların həbsilə bağlı hesabatı...
2006-cı ilin may ayının 22-də rəsmi dövlət orqanı “İran” qəzetinin irqçı karikaturasına etiraz aksiyalarının 4-cü ildönümündə Güney Azərbaycanın Təbriz, Urmu, Ərdəbil, Rəşt, Meşkin(Xiyav), Germi, Muğan, Sulduz, Sofyan, Qoşaçay, Maku, Həmədan və kərəc şəhərlərində 25 nəfərdən çox milli-mədəni fəal həbs edilib.
Bu həbslər 22 may hərəkatının dördüncü ildönümün qeyd etmək üçün yayılan bildirilər və çağırışlardan sonar Güney Azərbaycanın əksər şəhərlərində élan olunmamış fövqüladə vəziyyət hökm sürür və təhlükəsizlik, polis qüvvələri hər yeri ciddi nəzarət altına alıblar. Azərbaycanlı milli-mədəni fəallar hər il 22 may hərəkatının ildönümündə dinc etiraz aksiyaları və toplantılar keçirmək , bildirilər, CD-lər yaymaqla hakim şovinisti şəraitə öz etirazların bildirirlər.
Hüseyn Məhəmmədi Əlvar- Azərbaycan milli fəallı, Əlirza Hüseynzadə- Azərbaycan milli fəallı, Rza Əbdi- Azərbaycan milli fəallı, Tofiq Murtəzapur, Təbriz Müəllimlər Birliyinin üzvü, Mustafa Cəmşidi- journalist, Ramin Cabbarı- Jurnalist, Hafiz Sərdartpur- Azərbaycan milli fəallı, Məhnaz Kərimi- Azərbaycan milli fəallı, şairə, Nadir Əzizi- Azərbaycan milli fəallı, Mehdi Zeynali- Azərbaycan milli fəallı, Ayət Mehrəlibəglu (Yürüş) - mədəni fəal, Vəli Azəriyyun- Azərbaycan milli fəallı, Behbud Quluzadə- Azərbaycan mədəni fəallı, Kərim Fəthipur- Azərbaycan milli fəallı, Məhəmməd Fərəcian- Azərbaycan mədəni fəal ,Bəhmən Nəsirzadə (B.Araz)- mədəni fəal, şair, Əhməd Aqayi - mədəni fəal, Aydın Xacei- Tələbə hərəkatı fəalı, Əlirza Əbdullahi - mədəni fəal, Siyamək Mirzayı – tələbə hərəkatı fəalı, Lətif Hüseyni, Məsud Hüseynzadə, Hadi Əkbəri, Əsgər Əkbərzadə, Vəli Azəriyyun, Abbas Lisani son bir neçə həftə ərzində həbs olunanlardırlar.
Bunlardan Mustafa Cəmşidi, Abbas Lisani, Əsgər Əkbərzadə, Vəli Azəriyyun, Kərim Fəthipur, Məhnaz Kərimi, Məsud Hüseynzadə və Hadi Əkbəri həbsdən buraxılsada, siyahıda adı olan başqa mədəni fəallar hələdə həbsdə saxlanılırlar.
URMU
Mayın 22-i günorta saatlarında urmulu milli-mədəni fəal Əlirza Əbdullahi həbs edilib. Urmu şəhərinin milli-mədəni fəallarından olan Ə.Əbdullahi hökumətin təhlükəsizlik xidmətinin yerli bölməsinin məmurları tərəfindən saxlanılıb.
Onun hara aparıldığı və hansı ittihamla həbs olunduğu barədə heç bir məlumat almaq mümkün olmayıb. Bununlada son həftələr Güney Azərbaycanda həbs olunanların sayı 19 nəfərə çatıb.
Ə.Əbdullahi ixtisasca diş həkimidi.O, tələbə nəşrlərinin üzvü, hökumət tərəfindən fəaliyyətinə qadağa qoyulmuş Urmunun “Bilim Yolu” ocağının təsisçi heyətinin üzvü olub.
Dr.Əlirza Əbdullahi eyni halda şəhər və kənd şuraları seçkisi ərəfəsində Urmuda milli fəallar tərəfindən yaradılmış “Urmu Azərbaycan Səsi” kualisiyasının idarə heyətinin üzvü kimidə fəaliyyət göstərib.
Mayın 26-I səhər saatlarında Güney Azərbaycan qadın hərəkatı fəallarından olan Həmidə Fərəczadə hökumətin təhlükəsizlik xidmətinin Urmu şəhərindəki yerli bölməsinin əməkdaşları tərəfindən həbs edilib.
Həmidə Fərəczadə (Pinar) Tehran Tibb Universitetinin Kitabxanaçılıq fakultəsin bitirib. O Güney
Azərbaycan Qadın Hərəkatı fəalı olmaqla yanaşı , mədəni fəaliyyətlərlədə məşqul olub.
Hökumət tərəfindən nəşrinə qadağa qoyulmuş “Çağrı” dərgisinin yazarlar heyətinin üzvü kimi çalışıb.H.Fərəczadə (Pinar) Urmu şəhərinin “Mütəhhəri” xəstəxanasında işləyirdı.
H.Fərəczadə (Pinar) Urmu şəhərinin “Mütəhhəri” xəstəxanasında işləyirdı. O ,bu gün səhər yeli vaxtla saat 11:45 radələrində atası evindən çıxarkən saxlanılaraq təhlükəsizlik xidmətinin Urmu bölməsinə aparılıb. Yaxınlarına onun həbs olunma səbəbləri haqda bilgi verilməsədə, H.Fərəczadənin qadın hərəkatında və mədəni zəmçindəki fəaliyyətlərinə görə həbs olunduğu bildirilir.
H.Fərəczadənin həbsindən sonra saat 14:30 dəqiqəyə kimi onun ata evində axtarış aparıldlğı, bilgisayar, CD-lər, kitablar və ona məxsus başqa xüsusi əşyaların müsadirə edildiyi bildirilir.
Xatırladaqki bir Həmidə Fərəczadə bir neçə gün qabaq həbs olunmuş Ayət Mehrəlibəglu (Yürüş)ün həyat yoldaşının bacısıdır.
QOŞAÇAY
Güney Azərbaycanın Qoşaşay(Miyandab) şəhərinin milli fəallarından olan Behbud Quluzadə mayın 21-də hökumətin təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən həbs edilib.
Təhlükəsizlik xidmətinin əməkdaşları mayın 21-i günorta Behbud Quluzadənin Qoşaçay şəhərinin “İmam” küçəsində yerləşən foto mağazasına gələrək onu həbs ediblər. mağazada axtarış aparan məmurlar B.Quluzadəyə aid computer keysləri, CD-lər və başqa özəl əşyaların müsadirə ediblər.
İranda Azərbaycanlı Siyasi Məhbusların Haqlarını Müdafiə Komitəsinin saytı ”savalansesi”nin verdiyi xəbərə görə Qoşaçay məhkəməsi və “ETTELAAT”ın yerli bölməsi milli fəallın onun harada və hansı əsasla saxlanıldığına dair müraciətlərin cavablandırmayıblar.
B.Quluzadə qeyri hökumət təşkilatı “Yaşıl Azərbaycan” qurumunun katibidir. Bu qurum bir müddət öncə hökumət tərəfindən “Millətçilik”də ittiham edilərək qapadıldı.
Qoşaçay məhkəməsi bir müddət öncə Quluzadəni foto mağazasının adın türkcə qoyduğu və “millətçilik” fəaliyyətlərilə məşqul olduğuna, habelə Azərbaycan rəqs sinifləri təşkil etdiyinə görə izahat almaq üçün dəvət etmişdi. Milli fəal 2006-ci il məlum karikatura olayına qarşı keçirilən etiraz aksiyalarında iştirak etdiyinə görə bir neçə ay həbsdə qalıb.
MAKU
Mayın 22-də ziyalı, Şair Bəhmən Araz həbs edilib. Güneydən verilən məlumata görə Makuda rejimin təhlükəsizlik qüvvələri məhkəmə hökmü olmadan və heç bir səbəb göstərmədən şairin evinə giriblər. Onlar B.Arazı həbs edib və evində axtarış aparıblar.
Milli fəallın yaxınlarının bildirdiyinə görə onun harada saxlanıldığı haqda heç bir məlumat əldə edə bilməyiblər.
Qeyd etmək lazimdirki, son günlər 22 may 2006-cı il hərəkatının il dönümü ərəfəsində milli-mədəni fəallara rejim tərəfindən olan təzyiq artıb. Çox sayda azərbaycanlı fəal həbs edilib. Onların bəziləri barəsində saxta ittihamlarla cinayət işi açılıb.
MUĞAN-GERMİ
Güney Azərbaycanda ikisi jurnalist olmaqla 6 milli-mədəni fəall Məhnaz Kərimi, Nadir Əzizi, Mehdi Zeynali, Hafiz Sərdarpur, Mustafa Cəmşidi və Ramin Cabbari həbs ediliblər.
Məlumatda üç milli-mədəni fəal Ramin Cabbari, Nadir Əzizi və Hafiz Sərdarpurun mayın 17-də İran Təhlükəsizlik Xidməti”ETTELAAT”-ın yerli şöbəsinin əməkdaşları tərəfindən saxlanıldıqları bildirilir.
Həbs olunanların ailə üzvlərinin verdiyi məlumata görə, həbsdən bir neçə saat öncə təhlükəsizlik xidmətinin əməkdaşları onlarla telefon əlaqəsi qurmuşlar. Məmurlar özlərin Muğan(Parsabad) valiliyinin əməkdaşları kimi təqdim edərək, milli fəalları valilikdə təşkil edilən “toplantı”ya dəvət ediblər.
Adı çəkilən şəxslər, heç bir əsas göstərilmədən saxlanıldıqdan sonar məhkəmə hökmü olmadan onların evlərində yoxlama aparılıb.
Yoxlamalar zamanı hər üç fəalın şəxsi bilgisayarları, çox sayda kitabları və başqa şəxsi əşayaları müsadirə edilərək “ETTELAAT”-ın yerli bölməsinə aparılıb.
Bununla yanaşı mayın 18-də rejimin təhlükəsizlik xidmətinin əməkdaşları şairə Məhnaz Kərimi və Mehdi Zeynalınıda tutublar. Azərbaycanlı fəallar Davud Məqami və Hüseyn Balayinin evlərində axtarış aparılılıb.
İranda Azərbaycanlı Siyasi Məhbusların Haqlarını Müdafiə Komitəsinin saytı”savalansesi”nin verdiyi xəbərə görə mayın 18-də azərbaycanlı müəllim və jurnalist Mustafa Cəmşidi Germi şəhərində hökumət məmurları tərəfindən saxlanılıb. Məmurlar Cəmşidinin ata evində axtarış apararaq ona aid bilgisayar, kitablar, CD-lər və naşqa şəxsi əşyaları müsadirə ediblər.
Xəbərdə Germinin “Pəyami Nur” Universitəsinin elmi heyətinin üzvü, “Nidayi Muğan” həftəliyinin başredaktoru, sosyoloq Mürtəza Fərəciyən təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən izahat üçün idarənin yerli bölməsinə çağrılıb.
Siyamək Mirzayının Muğan (Pars Abad) şəhərində ata evinə gələrək axtarış aparmış və ona aid olan kitab və başqa şəxsi əşyaları müsadirə etmişlər.
S.Mirzayinin ailəsi bildiriblərki 6 gün onun taleindən xəbərsiz qalıblar. Mayın 20-də təhlükəsizlik əməkdaşlarının evdə axtarış aparmaq üçün müraciətlərindən sonar S.Mirzayinin həbs olunduğundan xəbərdar olublar.Mayın 22-də təhlükəsizlik və məhkəmə orqanları Mirzayinin ailəsinə onun “ETTELAAT”-ın Ərdəbil bölməsində olduğun, dindirilmək üçün bir neçə dəfə “inqilab məhkəməsi”nin 5-ci şöbəsinə aparıldığın bildiriblər.
Onlar Siyamək Mirzayinin həbs olunma səbəblərin deməsələrdə, axtarış üçün göstərilən məhkəmə sənədində onun “millətçilik”də ittiham olunduğu göstərilib.
Bununlada son həftələr həbs olunan milli-mədəni fəalların sayı 20 nəfərə çatıb.
ƏRDƏBİL
Mayın 25-də tanınmış milli fəal Abbas Lisani və Əsgər Əkbərzadə 22 may hərəkatı zamanı Sulduzda şəhid olan milli fəalların yas mərəsimində iştirak üçün Sulduza getmək istərkən hökumət məmurları tərəfindən həbs ediliblər.Hər iki milli fəal yola çıxarkən avtobusda hökumətin təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq “ETTELAAY”ın yerli bölməsinə aparılıblar.
XİYAV
Güney Azəerbaycanın Meşkin(Xiyav) şəhərindən verilən məlumata görə Şəhram Radmehr həbs edilib.
Xəbərdə Ş.Radmehr (Savalan)-nın mayın 23-ü axşam saatlarında Tehranm hökumətinin təhlükəsizlik xidmətinin yerli əməkdaşları tərəfindən həbs edildiyi bildirilir.
Ş.Radmehr mədəni fəall və Azərbaycn tələbə hərəkatının keşmiş fəallarındandır. Öncələrdə Ş.Radmehr və qardaşı Səccad Radmehr tələbə hərəkatında fəaliyyətlərinə görə həbs olunub və təzyiqlərə məruz qalmışlar.Şəhram Radmehrin yaxınları onun hansı ittihamla həbs oldunduğu və harada saxlanıldığı haqda heç bir məlumat eldə edə bilməyiblər.
Yaxınlarının ehtimalına, təsdiqlənməmiş bilgilərə görə o, təhlükəsizlik xidmətinin Ərdəbil şəhərindəki yerli bölməsinə aparılıb.
Bununlada son həftələr Güney Azərbaycanda həbs edilən mədəni və sinfi fəalların sayı 21-ə yüksəlib. Bundan öncə rejim məmurları tərəfindən Güney Azərbaycanın müxtəlif şəhərlərində həbs edilən 20 nəfərin siyahısı yayılmışdı.
TƏBRİZ
Təbrizdən veriləən xəbərə görə, Təbriz Universitetinin hüquq fakultəsinin öyrəncisi, mədəni fəal Aydın Xacei həbs edilib. 1986-cı il doğumlu Aydın Xaceinin mayın 19-da Təbrizdə hökumətin təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən tutuqlandığı bildirilir. A.Xaceinin həbsinin səbəbləri haqda onun yaxınlarına xəbər yayılana kimi heç bir açıqlama verilmədiyi bildirilir.
Əlirza Hüseynzadə və Rza Əbdi iki azərbaycanlı mədəni fəall mayın 11-də iş yerlərində təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən həbs edilərək “ETTELAAT”-ın Təbriz bölməsinə aparılıblar. Hər iki fəallın ev və iş yerlərində axarış apararaq onlara aid olan bilgisayar, kitablar, CD-lər və başqa xüsusi əşyalar müsadirə edilib.
Mayın 22-də isə Hadi Əkbəri və Məsud Hüseynzadə iki mədəni və tələbə hərəkatı fəallı təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən həbs edilib.
SULDUZ
Vəli Azəriyyun və Kərim Fəthipur iki milli-mədəni fəal və 22 may 2006-cı il hadisələrində şəhid olan milli fəalların yaxınları həbs ediliblər.
Xatırladaqki, Tohid Azəriyyun, Himmət İsmizadə, Hüseyn Fəthipur və Əsgər Qasimi Sulduzda 22 may 2006-cı il hərəkatında rejim məmurları tərəfində güllələnərək şəhid olublar.
HƏMƏDAN
“İLDIRIM” DƏRGİSİ VƏ Buəli Sina Universitetinin “Türk Ocağı”nın keçmiş rəhbəri, tələbə hərəkatı və milli-mədəni fəal Əhməd Aqayı bu gün Həmədanda “ETTELAAT” məmurları tərəfindən həbs edilib.
Ə.Aqayının hal-hazırda harada saxlanıldığı haqda heç bir xəbər yoxdur. Əhməd Aqayı bundan öncədə dəfələrlə həbs edilib və Universitetin nəzarət idarəsi tərəfindən ölümlə hədələnmişdi. Ə.Aqayı və başqa tələbə hərəkatı fəalları, öyrəncilər iki gün öncə
Həmədanın Buəli Sina Universitetində 22 may 2006-ci il hadisələrinin il dönümü münasibətilə tədbir keçirmişdirlər.
KƏRƏC Beynəlxalq hüquq doktoru, Kərəcin ali təhsil ocaqlarının müəllimi Dr.Lətif Həsəni mayın 24-də həbs edilib. Təhlükəsizlik xidmətinin əməkdaşları L.Həsənini həbs etdikdən sonar onun evində axtarış aparıb və ona məxsus bilgisayar, kitablar, CD-lər və başqa xüsusi əşyaları müsadirə ediblər.
SOFYAN
Mayin 10-da Güney Azərbaycanın mədəni fəallı, tələbə hərəkatının keçmiş üzvlərindən olan Ayət Mehrəlibəyli Təbriz yaxınlığında Sofyan şəhərində şəxsi mənzilində həbs edilərək naməlum istiqamətə aparılmışdır.
İnsan Haqları Müdafiə Təşkilatının xəbər agentliyi “Herana” nın verdiyi məlumata görə, Məhrəlibəylinin ailə üzvləri onun mənzilində “İTTİLAAT” məmurları tərəfindən ağır döyülərək aparıldığın bildiriblər. Onların dediyinə görə mülki geyimli məmurlar heç bir məhkəmə hökmü göstərmədən evə daxil olub, yoxlama aparıblar. Onların Ayət Mehrəlibəyliyə aid kitablar, CD-lər, komputer və başqa şəxsi əşyalarında rejim məmurları tərəfindən aparıldığın bildiriblər.
“savalansesi” saytının isə bildirdiyinə görə Ayət Mehrəlibəyli öncələrdə Professor Məhəmməd Tağı Zehtabinin anım günü və Babək qalasına yürüş tədbirlərində tutuqlanaraq həbs cəzasına məhkum edilmişdi.Xatırladaqki Mehrəli bəyli Tehran Universitetində pedaqoji üzrə diplom alıb. O, həmdə “Qopuz” tələbə dərgisinin keçmiş məsuludur.
Hesabat BAB Mətbuat və İnformasiya Mərkəzi tərəfindən farscadan tərcümə edilmişdir. http://www.savalansesi.com/2010/05/blog-post_26.html
İranda qaz tarazsızlığı böyük böhrana doğru gedir
SEPAH rəhbəri: İran müharibəsi qlobal İslam hakimiyyətinə doğru bir addım idi
Güney azərbaycanlı qadın atlet Asiya çempionu oldu
İranda daha bir etirazçı edama məhkum edildi
Ermənistanda İranın “Majid” HHM sistemləri nümayiş etdirilib
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
Vens: İran ABŞ-a verdiyi öhdəliklərə əməl etməyib
ABŞ-la razılaşma üçün ən yaxşı vaxt indidir – İran Ekspertlər Məclisinin üzvü
İranda silahlı insident - Dörd nəfər öldürüldü
Təbriz- Tufarqan yolunda iş qəzası- Ölən və yaralananlar var
İranın iqtisadi təcridi üçün misli görünməmiş tədbirlər görüləcək - Bessent
Təxminən 500 nəfər məhkəmə yolu ilə “Əlihan” adlı doğum haqqında şəhadətnamə alıb, lakin bu ad hələ də qadağandır
Abbas Lisani son otuz ildə zorakılıqsız mübarizə və vətəndaş itaətsizliyinin öncüllərindən biridir
İran rəsmisi milli birliyi media üçün “qırmızı xətt” adlandırıb
İran Hörmüz boğazına nəzarət edir – Bəsic komandiri
Pezeşkianın müşaviri ABŞ ilə danışıqları müdafiə edib
Sepah-da qulluq edənlər Kanadadan qovulur
Bab əl-Məndəbdəki hücumların qarşısını almağa kömək edin - Takaiçi
Məkkə sazişi; yeni müdafiə paktı Yaxın Şərqin təhlükəsizlik balansını dəyişəcəkmi? – Təhlil
The Jerusalem Post: Rejim dəyişikliyinin baş tutması üçün İrandakı etnik qrupların birliyi olmalıdır
Qəzvində 24 yaşlı qadın edam edildi
İraqdan açıqlama: İranla əlaqəli qrup əməliyyat planlaşdırıb
Xamenei mart ayında ölüb - Lisak
Qərbi Azərbaycan yollarında qanlı həftəsonu: 45 nəfər öldü, 6 nəfər yaralandı
Şərqi Azərbaycan Sənaye Evi rəhbəri: İran hökumətinin siyasəti Azərbaycanın və Təbrizin sənaye mövqeyini zəiflədib
İranın Hörmüz şərtləri razılaşma ümidlərini azaldıb
İlham Əliyev Trampa təşəkkür etdi
Husilərdən Türkiyəyə açıq xəbərdarlıq: Husilər Türkiyəni hədələdi
Husilərin Yəmən limanına hücumu nəticəsində 7 nəfər ölüb, 30 nəfər yaralanıb
Təbrizdə əczaçılar etiraz aksiyası keçirdilər
Prezident İlham Əliyev Məsud Pezeşkiana təşəkkür edib
Qərbi Azərbaycanda Şəhər Şurasının daha bir üzvü həbs edildi
Təbrizdə məhbus milli fəallara təzyiq- 15-ci palataya köçürüldülər
Şərqi Azərbaycanda yol qəzalarında ölən və yaralananların son sayı
İran Ali Məhkəməsi daha bir etirazçının ölüm hökmünü təsdiq etdi
Fidan: Misir da Məkkə sazişinə qoşulacaq