SON XƏBƏRLƏR

Azərbaycan diplomlarına yox deyən İran, Ermənistan diplomlarını tanıyır

2021.10.20, 07:36
Azərbaycan diplomlarına yox deyən İran, Ermənistan diplomlarını tanıyır

Gunaz.tv

GünAzTv: İran Azərbaycan diplomlarına münasibətdə tərsinə olaraq, Ermənistan ali təhsil müəssisələrinin diplomalarını tanıyır. Bu bardə jurnalistlərlə söhbətində Ermənistanın təhsil naziri Armen Aşotyan məlumat yayıb. Onun sözlərinə görə İran İslam Respublikasının Təhsil və Elm nazirliyi Ermənistanın 3 universitetinin diplomalarını tanımağa hazır olduğunu bildirib. İranın diplomalarını tanyıcağı təhsil ocaqlarının siyahısına Qeraçi Tibb Universiteti, İrəvan Dövlət Universiteti və Mühəndislər Universitetinin adları daxildir. Erməni nazir deyib ki, belə bir razılıq onun İrana səfəri zamanı əldə olunub və məsələ bu ilin sentyabr ayında həll olunacaq. Həmin vaxt İranın nümayəndə heyəti Ermənistana səfər edəcək və əldə olunan razılaşma əsasında müvafiq sənədlər imzalanacaq.Armen Aşotyan eyni zamanda İrana səfərindən razı qaldığını da bildirib. Onun sözlərinə görə, səfər çərçivəsində erməni tələbələr üçün İran universitetlərinin aspirantura və magistraturalarında 10 yerin ayrılması, həmçinin İranda ermənişünaslıq mərkəzinin açılması barədə də razılıq əldə olunub. Qeyd edək ki, erməni tələbələrə təqaüdü də İran verəcək.Xatırladaq ki, məlumatı "Armenia Today" agentliyi yayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar