SON XƏBƏRLƏR

Mərağalıların etiraz səsi nəticə verdi

2021.10.20, 07:36
Mərağalıların etiraz səsi nəticə verdi

Gunaz.tv

GünAzTv: Mərağanın “Kavə Soda" kimyəvi maddə zavodu çirkli sularının təbiyyətə qarışması, Güney Azərbaycanlı fəalların və bölgə əhalisinin çoxunun etirazlarına səbəb olmuşdu.

Mərağa və Binab mahallarının əhalisinin aylarla davam edən etiraz və müraciətlərindən sonra Mərağanın “Kavə Soda" karbonati sodium  (natrium karbonat) zavodu ya karxanası, bölgənin rəsmi  idarələrinin əmrinə əsasən bağlandı. Bu xəbəri İranın rəsmi xəbər agentliyi İRNA yaydı.

Bu karxanadan çirkli suların çölə axması, Güney Azərbaycanlı fəalların və bölgə əhalisinin çoxunun etirazlarına səbəb olmuşdu. Onlar, aylarca veb sitələrdə yaydıqları xəbər və şəkillər vasitəsi ilə "xalqın canı təhlükədə" şüarı ilə çıxış edir, etirazlarını bildirirdilər amma onların etirazlarına və kampaniyasına kimsə əhəmmiyyət vermirdi.

İRNA, Binab şəhərinin valisinə istinadən  bildirir ki, bu zavodun zəhərli sularının saxlandığı su anbarları, qaydalar əsasında inşa olmayıb və davamsızdır. Xəbərdə deyilir ki, zavod iş yerlərinin yaradılması naminə xalqın həyatını ətraf-mühiti, təhlükə qarşısında qoyur.

Binab valisinin sözlərinə əsasən, kimyəvi maddə istehsal edən zavoda,  zəhərli suların təbiyyətə qarışmasının qarşısını almaq üçün bu suları saxlayan sədləri qaydalara uyğun olaraq bərkitməsi və zavodun zəhərli sularından təsir görmüş şəhər və kəndlərin əhalisinə, onların məruz qaldıqları zərər və ziyanı ödəməsi üçün 20 gün vaxt verilmişdi. Amma zavodun sahibləri, xalqın etirazlarına və rəsmi idarələrin xəbərdarlığına fikir verməyiblər.

Vali əlavə edir ki, zavodun zəhərli suları, 250 hektar bağı bağatı, 21 hektar çəmənliyi, 232 hektar əkin sahəsini, 285 su quyusunu, 3 mal-qara saxlanan binanı və 34 evi aradan aparıb.

O əlavə edib ki, zavodun suları yeraltı sulara da bulaşıb. Mərağanın "kavə soda" zavodu "kərbonati sodyom" (natrium karbonat )istihsal edir və onun zəhərli suları, yolu üzərindəki bağ bağata ziyan vurur və Urmu gölünə tökülür.

Urmu gölünün qorunub saxlanması uğrunda fəaliyyət göstərən fəallar gölün suyunun çirklənməsinə qarşı kampaniya başladıb etirazlarını  bildiriblər. Onlar rəsmi idarələrə də şikayətlər ediblər. Axırda, Mərağa və Binab bölgələrində aparılan etiraz kampaniyaları nəticə verdi və Kavə Soda bağlandı. voa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar